Xəbər Lenti
Dünən, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
9-10-2026, 10:24
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
8-10-2026, 16:30
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 14:28
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
8-10-2026, 10:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 18:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
12 Dekabr 2022 02:51Dünya
Peruda nümayişçilər ilə polis arasında toqquşma olub: ölən və yaralananlar var
Peru polisi ölkənin cənubunda Apurimak regionunda Andauaylas aeroportunda etiraz aksiyası iştirakçılarından birinin həlak olması ilə bağlı məlumat yayıb. Bundan başqa, hüquq-mühafizə orqanının bir əməkdaşı yaralanıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Peru Ombudsman Aparatının məlumatına görə, toqquşma zamanı nümayişin yeniyetmə iştirakçısı həlak olub. Bundan sonra nümayişçilər yerli polis məntəqəsinin binasını yandırıblar. KİV-in yazdığına görə, toqquşma nəticəsində 10 nəfər xəsarət alıb.
Daha əvvəl “CORPAC” şirkətinin yaydığı məlumatda nümayişçilərin növbədənkənar seçki keçirilməsini tələb etdikləri, Andauaylas aeroportunu tutduqları və orada onlarca insanı saxladıqları bildirilirdi. Həmçinin qeyd edilmişdi ki, etirazçılar yanacaq anbarını yandırıblar, 50 polis və “CORPAC” əməkdaşının olduğu terminalı mühasirəyə alıblar.
Perunun bir neçə regionunda etiraz aksiyaları keçirilir. Etirazçılar parlamentin fəaliyyətini dayandırmağı və ümumi seçkilərin vaxtından əvvəl keçirilməsini tələb edirlər. Dekabrın 10-da yeni Prezident Dina Boluarte mövcud vəziyyətdən sülh yolu ilə çıxmaq üçün vətəndaşları hakimiyyətlə dialoqa çağırıb.
Xatırladaq ki, Peru parlamenti dekabrın 7-də Xose Pedro Kastilyo Terronesi hakimiyyətdən uzaqlaşdırıb. Prezident isə Konqresin (parlament) buraxıldığını və ölkədə komendant saatı tətbiq olunduğunu elan edib. Lakin hərbçilər və polislər Konqresi dəstəkləyib. Qanunvericilər səsverməni ləğv etməyib və dövlət başçısının istefasını təsdiqləyib, Perunun birinci vitse-prezidenti Dina Boluarte dövlət başçısı qismində and içib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin