Menu
Xəbər Lenti
QƏLPƏ YADDAŞI
Dünən, 20:03

QƏLPƏ YADDAŞI

Ceyhun Bayramov İraqa getdi
7-05-2025, 07:32

Ceyhun Bayramov İraqa getdi

Çaylarda sululuq artdı
5-05-2025, 08:24

Çaylarda sululuq artdı

20 Yanvar 2023 04:17Cəmiyyət

® KOBSKA “Veysəloğlu” və “OBA”nı təltif etdi

Veysəloğlu Şirkətlər Qrupu və “OBA Market” MMC “Şəhid və qazi ailələrinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərə görə” təşəkkürnamə ilə təltif edilib.

Təşəkkürnamə hər iki quruma Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) tərəfindən verilib.

Qeyd edək ki, “OBA” marketlər şəbəkəsi 2022-ci ildə Dövlət Məşğulluq Agentliyi tərəfindən açıqlanan “Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyasında birinciliyə layiq görülüb.

Onu da qeyd edək ki, bir müddət əvvəl Veysəloğlu Şirkətlər Qrupu şəhid olmuş əməkdaşlarına sonsuzadək maaş verilməsi, “OBA” marketlər şəbəkəsi isə 4 şəhid əməkdaşının adına filiallar həsr etdiyinə görə “Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən təltif edilib.