Menu
Xəbər Lenti
İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 10:02

15 yolda tıxac var - Siyahı

15 Avqust 2024 09:23Manşet / İdman

“Qarabağ”a 2:7 uduzduğuna görə qovuldu

 

“Ludoqorets”də baş məşqçi Georgi Dermençiev istefaya göndərilib.

“Qafqazinfo” Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, mütəxəssisin qovulma səbəbi “Qarabağ”a Çempionlar Liqasında 2:7 hesablı məğlubiyyətdir. Evdəki darmadağından sonra qitənin ən nüfuzlu klub turnirindən kənarda qalan klubun rəhbərliyi məşqçini yola salıb.

“Ludoqorets”ə müvəqqəti olaraq Zahari Sirakov rəhbərlik edəcək.

Qeyd edək ki, Georgi Dermençiev 2023-cü ildən “Ludoqorets”in baş məşqçisi idi.