Xəbər Lenti
24-07-2026, 16:55
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
24-07-2026, 12:16
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
24-07-2026, 11:03
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
23-07-2026, 22:43
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
23-07-2026, 19:20
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
23-07-2026, 17:41
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
22-07-2026, 21:15
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
22-07-2026, 20:42
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
22-07-2026, 18:14
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
22-07-2026, 14:30
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
22-07-2026, 13:26
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
22-07-2026, 13:21
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
22-07-2026, 11:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
02 Fevral 2023 17:33Cəmiyyət
Qida sahəsində laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilinə başlanılır
Qida Təhlükəsizliyi İnstitutu ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilinə başlayıb. “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən təşkil olunan sınaqların məqsədi özəl laboratoriyalar üçün səriştəliliklərini müstəqil şəkildə qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, səriştəlilik sınaqlarında iştirakçıların fəaliyyəti laboratoriyalararası müqayisə yolu ilə əvvəlcədən müəyyən edilmiş meyarlara uyğun olaraq qiymətləndirilir. Sınaqlar "ISO/IEC 17043 Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər" standartı əsasında təşkil edilir və qiymətləndirmələr həmin standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır.
Səriştəlilik sınaqlarının təşkilinə başlanması ilə əlaqədar Qida Təhlükəsizliyi İnstitutunun saytında (www.afsi.gov.az) “Səriştəlilik sınaqları” adlı bölmə yaradılıb. Bölmədə ay ərzində həyata keçirilməsi nəzərdə tutulan səriştəlilik sınaqlarının siyahısı və laboratoriyaların həmin sınaqlarda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması (Mikrobioloji sınaqlar)”, “Proqram”) yerləşdirilib. Belə ki, laboratoriyalar keçirilməsi planlaşdırılan səriştəlilik sınaqları və onların proqramı ilə sayt vasitəsilə tanış ola biləcəklər. Sınaqlarda iştirak etmək istədikdə saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması” doldurularaq [email protected] elektron poçtuna göndərilməlidir. Fevral ayında nəzərdə tutulan salmonella sınağında iştirak üçün son müraciət tarixi fevralın 10-u müəyyən olunub. Müraciətlər qəbul edildikdən sonra iştirakçılara elektron poçt vasitəsilə individual laboratoriya nömrəsi və digər məlumatlar göndəriləcək. Sınaqlar yekunlaşdıqdan sonra nəticələr “Nəticələrin qeydiyyat forması” doldurularaq eyni ünvana yollanılmalıdır.
Səriştəlilik sınaqlarının nəticələri sınaqlar yekunlaşdıqdan sonra 1 ay müddətində institutun rəsmi saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfedensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq. Laboratoriyalar səriştəlilik sınaqları haqqında daha ətraflı məlumatı institutun rəsmi saytından əldə edə bilərlər.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, dövlət nəzarəti və tənzimlənməsi tədbirləri çərçivəsində, habelə həmin Qanunla müəyyən edilmiş icazələrin verilməsi üçün götürülmüş nümunələrin tədqiqi (sınağı) yalnız “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmalıdır.