Xəbər Lenti
Dünən, 20:42
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Dünən, 18:14
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
Dünən, 13:26
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Dünən, 11:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
21-07-2026, 22:08
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
21-07-2026, 22:05
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
21-07-2026, 21:41
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
21-07-2026, 21:35
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
21-07-2026, 16:52
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
21-07-2026, 13:06
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
21-07-2026, 12:00
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
20-07-2026, 21:50
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
20-07-2026, 18:37
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
20-07-2026, 18:09
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
20-07-2026, 17:26
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
14 Yanvar 2023 17:51Cəmiyyət
Balakəndə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müzakirə olunub
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər görülür. Həmin tədbirlər çərçivəsində “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Nazirlər Kabinetinin Sərəncamı əsasında Qida Təhlükəsizliyi Agentliyinin rəhbərlik etdiyi Regional Əlaqələndirmə Mərkəzinin ilk iclası Balakən rayonunda təşkil olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasın keçirilməsində məqsəd müvafiq sərəncamla təsdiq olunan “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi fəaliyyətinə dair Tədbirlər Planı”nda nəzərdə tutulan işlərin koordinasiyalı icrasını təşkil etməkdən ibarətdir.
İclasda Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, Dövlət Gömrük Komitəsinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər.
İclasda müvafiq sərəncama uyğun olaraq, qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi məsələləri müzakirə olunub və Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin koordinasiyalı icrasını təşkil etməyin vacib olduğu vurğulanıb. Qonşu ölkələrdə bitkiçilik təsərrüfatlarında məhsuldarlığı azaldaraq iqtisadiyyata külli miqdarda ziyan vuran zərərvericinin Azərbaycanda yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlərin vaxtında görülməsinin zəruri olduğu diqqətə çatdırılıb. Həmçinin iclasda vurğulanıb ki, müvafiq sərəncama uyğun olaraq, bitki və bitkiçilik məhsullarının, eləcə də meşə fondunun qəhvəyi mərmər bağacığından mühafizəsi və ona qarşı mübarizə tədbirləri Aqrar Xidmətlər Agentliyi və Meşələrin İnkişafı Xidməti tərəfindən həyata keçiriləcək.
Aqrar Xidmətlər Agentliyi və Meşələrin İnkişafı Xidməti bitki mühafizəsi və zərərvericiyə qarşı mübarizə tədbirlərinin operativ şəkildə həyata keçirilməsi məqsədilə tələbata uyğun zəruri vasitələrin mərhələli şəkildə alınmasını təmin edəcək. Eləcə də Aqrar Xidmətlər Agentliyi Dövlət Gömrük Komitəsi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə gömrük-sərhəd buraxılış məntəqələrində və yük qatarlarında qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin aparılması üçün tədbirlər görəcək.
Regional Əlaqələndirmə Mərkəzinin nümayəndələri Mazımçay sərhəd-keçid məntəqəsində nəqliyyat vasitələrinin dezinfeksiya sahəsinə baxış keçirib, yaradılan infrastrukturla tanış olub və müvafiq göstərişlər veriblər.
Aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Regional Əlaqələndirmə Mərkəzinin iclaslarının mütəmadi keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Balakən rayonunda Regional Əlaqələndirmə Mərkəzinin Qərargahı yaradılıb. Qərargah daimi əsaslarla fəaliyyət göstərəcək və görülən bütün tədbirlərin məlumatları Qərargahın elektron bazasında yerləşdiriləcək. Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumları tərəfindən qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə əhali arasında maarifləndirmə tədbirləri də həyata keçirilir. Hazırda zərərvericinin yayıldığı ərazilərdə əhalinin maarifləndirilməsi üçün təbliğat-təşviqat işləri aparılır, bukletlər paylanılır.