Xəbər Lenti
Dünən, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
9-10-2026, 10:24
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
8-10-2026, 16:30
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 14:28
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
8-10-2026, 10:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 18:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
23 Dekabr 2022 14:36Cəmiyyət
Azərbaycanda yeni DOST mərkəzləri açılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan və 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyinin sosial sahədə vətəndaş məmnunluğuna yönələn islahatların təzahürü olduğunu vurğulayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, modern və çevik, tam şəffaf mexanizmlər üzərində təqdim edilməsinə imkan verdiyi qeyd olunub. Həmin xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98 faizdən çoxdur.
DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bu il ərzində DOST Agentliyi: “Avropa Sosial Xidmətlər Mükafatı”, Beynəlxalq Sosial Təminat Assosiasiyasının 3 mükafatı və Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı ilə təltif edilib.
DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib.
2019-cu ilin may ayından ölkəmizdə 5 DOST mərkəzi açılıb. Bakıda daha bir DOST mərkəzi açılacaq və bir sıra bölgələrdə də DOST mərkəzlərinin açılmasına hazırlıq işləri aparılır.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə DOST xidmətləri şəbəkəsi qurulacaq. Bu sahədə ilk addım kimi, 2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk “SMART DOST” xidmət məntəqəsi açılıb.
Daha sonra agentliyin sədri Fərid Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı 2022-ci il üzrə hesabatı təqdim edib.
İclasda DOST Agentliyi tərəfindən görülən işlərin nəticələri, yeni DOST mərkəzlərinin açılmasına hazırlıq işləri, DOST Agentliyinin aparatının, DOST mərkəzlərinin və digər bölmələrinin strukturuna dair məsələlər müzakirə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin