Xəbər Lenti
Dünən, 21:53
“Mən əbədiyyət üfüqlərində doğan günəşəm” — Şəhid Vidadi Nizami oğlu Zalovun əziz xatirəsinə...
Dünən, 18:13
Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
11-05-2026, 17:33
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
10-05-2026, 19:08
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
10-05-2026, 18:59
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
10-05-2026, 18:05
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
10-05-2026, 11:30
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
10-05-2026, 11:22
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
10-05-2026, 11:05
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
10-05-2026, 10:57
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
10-05-2026, 10:53
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
10-05-2026, 10:50
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
10-05-2026, 10:46
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət modelinin formalaşması”
10-05-2026, 10:38
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
10-05-2026, 10:33
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
21 Dekabr 2022 15:34Cəmiyyət
“Azərbaycan Karyera İnkişaf Forumu” keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Karyera İnkişaf Forumu” keçirilib.
AZƏRTAC xəbər verir ki, “Gələcəyə hazır ol!” devizi ilə keçirilən forumda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatları, dövlət və özəl qurumların nümayəndələri, karyera məsləhətçiləri, yerli və xarici spikerlər, insan resursları mütəxəssisləri, top menecerlər, təhsil ekspertləri, inkişaf mentorları iştirak ediblər.
Forumda çıxış edən S.Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə son illər aparılan sosial islahatlar, əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb. O, ölkəmizdə hər il əmək bazarına 100 mindən çox gəncin daxil olduğunu, gənclərin daim yenilənən əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslara yiyələnməsinin, ixtisaslı işçi qüvvəsinin artırılmasının məşğulluq sahəsində mühüm hədəflərdən olduğunu qeyd edib.
Peşəyönümü məsləhət xidmətinin gənclərin əmək bazarı ilə bağlı məlumatlılığının artmasında, onların karyera planlamasında önəmli dəstək olduğu vurğulanıb. Məşğulluq xidmətləri sahəsində innovativ həllərin tətbiqi və rəqəmsallaşdırma işlərindən bəhs olunub. Bu ilin may ayında əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) istifadəyə verildiyi qeyd olunub.
Bildirilib ki, növbəti mərhələ olaraq ölkəmizin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, elektron əmək birjası və yarmarkası, ictimai işlər portalı (works.gov.az) və BACAR innovativ platformasının istifadəyə verilməsinə hazırlıq işləri görülür.
Peşəyönümü məsləhət xidməti sahəsində bir sıra yeni layihələrin - “Alo Karyera”, “CV yarat”, “Bacar” platformalarının önəmi diqqətə çatdırılıb. Peşəyönümü məsləhət xidməti və karyera planlamasının rolunun artırılması istiqamətində işlərin də davam etdirildiyi bildirilib.
Qeyd olunub ki, bu Forum peşəyönümü məsləhət xidmətinin önəmini və zəruriliyini hədəf qruplarına çatdırmağa, əmək bazarının mövcud vəziyyəti, gələcəyin ən vacib əmək bacarıqları və onlara yiyələnmək yolları barədə məlumatlığı artırmağa, bu mövzuda dövlət, biznes və qeyri-hökumət sektorları üçün ortaq müzakirə platforması yaratmağa imkan verir.
Forumda Türkiyədən Şule Yalçın, Yavuz Yiğit, Kamil Bayar, ABŞ-dan Brayan Hatçison, İtaliyadan Marqareta Nikolovksa, Macarıstandan Tibor Bors Borbeli - Pecze, eləcə də yerli spikerlər iştirak ediblər.
Forum müddətində spikerlər tərəfindən “Karyera Mərkəzlərinin yaratdığı fürsətlər”, “Peşəkar karyera mühitində yeni çağırışlar”, “İş mühitində davamlı inkişafı necə təmin etməli” panelləri üzrə peşəkar zəmində müzakirələr aparılıb.
Xatırladaq ki, “Azərbaycan Karyera İnkişaf Forumu”nun məqsədi əmək bazarında olan aktual problemlərin həlli istiqamətində peşəkar müzakirələr aparmaq, yeni trendlər və çağırışlar barədə məlumatlılığı artırmaq, karyera planlaması istiqamətində düzgün nəticə çıxarmağa imkan yaratmaqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin