Xəbər Lenti
Dünən, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Dünən, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 21:12
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 12:55
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
29-05-2026, 12:10
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
29-05-2026, 12:01
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
29-05-2026, 10:47
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 10:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 16:44
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
28-05-2026, 16:05
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
28-05-2026, 15:47
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
28-05-2026, 15:37
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
28-05-2026, 15:11
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
28-05-2026, 13:50
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
28-05-2026, 12:33
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
28-05-2026, 12:17
Rubio ABŞ-ın Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
27-05-2026, 15:17
“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızından müqəddəs Qurban Bayramı təbriki
27-05-2026, 14:23
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadan müqəddəs “Qurban” bayramı təbriki
22 Fevral 2023 21:26Cəmiyyət
Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub
Həssas qruplara dəstək məqsədli korporativ sosial məsuliyyət tədbirlərində, onlarla bağlı məşğulluq proqramlarının icrasında aktiv iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin üzvləri, digər hökumət və qeyri-hökumət qurumları, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasından nümayəndələr və işəgötürənlər iştirak ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə iştirakçılar geniş, çoxşaxəli fəaliyyət sahələrini əhatə edən bu mərkəzlə, burada həssas qrupların, o cümlədən, şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi üçün yaradılan şəraitlə, aparılan işlərlə tanış olublar.
Tədbirdə çıxış edən S.Babayev sosial müdafiə sisteminin gücləndirilməsinin, həssas qruplara qayğının artırılmasının Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil etdiyini, dövlət başçısının tapşırıqları əsasında aparılan sosial islahatlar nəticəsində bu sahədə ciddi irəliləyişlərə nail olunduğunu bildirib.
Aktiv məşğulluq proqramlarının ildən-ilə genişləndiyini bildirən S.Babayev qeyd edib ki, ötən il də sosial tərəfdaşlar ilə birgə işlər nəticəsində 40 mindən çox şəxs işlə təmin olunub, 7 mindən çox şəxsin haqqı ödənilən ictimai işlər proqramı, 2 min şəxsin birgə maliyyələşmə və kvota iş yerləri üzrə işlə təminatı həyata keçirilib.
Həmçinin keçən il 16 mindən çox şəxsin özünüməşğulluq proqramının dəstəyi ilə kiçik ailə biznesi qurulub, 4,6 min nəfər peşə hazırlığına cəlb olunub, 70 minədək şəxsə peşəyönümü məsləhət xidmətləri göstərilib. İşini itirmiş 6 mindən çox şəxsə isə işsizlikdən sığorta ödənişi təyin olunub.
S.Babayev sosial tərəfdaşların məşğulluq tədbirlərində, həssas qrupların məşğulluğunun təminatında göstərdiyi dəstəyi, irihəcmli sosial layihələrin icrasında özəl sektora aid şirkətlərlə aparılan birgə işləri qeyd edib.
KOBİA, AMCHAM, ATİB, TUSİAB, MÜSİAD, Caspian Energy Club, Fransa-Azərbaycan Ticarət Palatası, İsrail-Azərbaycan Ticarət Palatası, Azərbaycan İnsan Resursları Assosiasiyası, AHİK və 1000-dən çox işəgötürənlə sıx əməkdaşlıq qurulduğu, sosial tərəfdaşların reyestrinin yaradıldığı bildirilib.
Sosial cəhətdən həssas qruplara, həmçinin şəhid ailələri və müharibə iştirakçılarına dəstək məqsədilə icra olunan məşğulluq proqramlarında sosial tərəfdaşlarla fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Korporativ sosial məsuliyyət proqramlarının genişləndirilməsi və çeşidinin artırılmasının əsas hədəflərdən olduğu bildirilib.
Digər çıxış edənlər həssas əhali qruplarının sosial dəstəklə təminatında sosial tərəfdaşların fəal iştirakının daha bir həmrəylik nümunəsi kimi təqdirəlayiq olduğunu qeyd edərək, bu sahədə görülən işləri yüksək dəyərləndiriblər.
Qeyd edək ki, ilk dəfə ötən il 2021-ci il üzrə korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb.
Bu dəfə də şəhid ailəsi üzvlərinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, qadınların, gənclərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaşlara, habelə “Əmək və Məşğulluq" altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan özəl sosial tərəfdaşa və həmin altsistemə ən çox vakansiya yerləşdirən özəl sosial tərəfdaşa mükafatlar təqdim edilib.