Xəbər Lenti
Bugün, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
Bugün, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
Dünən, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
8-11-2026, 15:19
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:24
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:17
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
8-11-2026, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
8-11-2026, 11:55
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
21 Fevral 2023 19:55Cəmiyyət
E-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi beynəlxalq müsabiqənin qalibləri olub
Hər iki innovativ uğur müxtəlif ölkələrdən 360 layihənin iştirak etdiyi beynəlxalq müsabiqənin “Çempion layihələr”i seçilib
BMT-nin İKT üzrə ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının İsveçrənin Cenevrə şəhərində keçiriləcək “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti–2023” çərçivəsində keçirilən müsabiqənin qalibləri açıqlanıb. Müsabiqədə müxtəlif ölkələrdən 18 kateqoriya üzrə 360 layihə iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan e-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) bu beynəlxalq müsabiqədə iki ayrı kateqoriya üzrə qalib gəlib və müsabiqənin “Çempion layihələr”i seçilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bununla da Azərbaycan sosial sahədə İKT-nin tətbiqi üzrə uğurlu təcrübələrinə görə növbəti beynəlxalq uğurlara imza atıb.
2019-cu ildən istifadəyə verilən e-sosial.az internet portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara real vaxt rejimində çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.
“Android” və “İOS” sistemlərində də fəaliyyət göstərən portala ötən dövrdə 67 milyon 645 min müraciət olub, portalda qeydiyyatdan keçən aktiv istifadəçi sayı da artaraq 1 milyon 300 minə çatıb.
ƏMAS isə 2022-ci ilin may ayında istifadəyə verilib və vahid əmək münasibətləri platformasıdır. Həmin altsistem vasitəsilə əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatların elektron müstəviyə keçidi, həmçinin əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi təmin olunur.
Məşğulluq xidmətlərinin daha çevik və əlçatan olmasına imkan yaradan ƏMAS-da ölkənin Məşğulluq xəritəsini və reyestrini, mərkəzləşdirilmiş Karyera Portalını, işə düzəlmədə vasitəçilik üzrə vahid reyestri və s. də əhatə edir.
Hazırda 193 ölkənin, habelə çoxsaylı akademik institutların, özəl şirkətlərin üzv olduğu BTİ-nin İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti aktual məsələlərin müzakirə və konsensus əsasında həll edildiyi qlobal forumdur. Bu qlobal sammit, həmçinin İKT inkişafına dəstək verir, informasiya cəmiyyətinin yeni tendensiyalarını müəyyən etmək, informasiya və qabaqcıl təcrübələrin mübadiləsi üçün unikal imkanlar yaradır.