Vəkillərə "Elektron Məhkəmə" informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək
Xəyalə İmanova: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin ən ağrılı və unudulmaz səhifəsidir”
Günay Muradova: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü milli yaddaşımızın silinməz faciəsidir”
ATİAHİ RK-nın sədri Araz Paşayev: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və tarixi ədalətin çağırışı”
İlqar Talıbov: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin unudulmayan faciəsidir”
Əməkdar mədəniyyət işçisi, Ədalət Hacıyev: 31 Mart – Azərbaycanlıların Soyqırımı: Tarixin unudulmaz səhifəsi
Xeyriyyəçi xanım Zərniyar Kərimova: 31 Mart – xalqımızın qan yaddaşı və ədalətə çağırış günü
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov: 31 Mart – Xalqımızın qan yaddaşı və unudulmaz faciəsi
Musiqi sahəsində uğurlarına görə Nesli Özsoy “Meslek Onur Ödülü” ilə təltif olundu
“Medilife Klinika” – Müasir tibbin ünvanı: Peşəkar həkimlər və ən son texnologiyalar bir arada
ARHD.AZ İNFORMASİYA AGENTLİYİNİN MOSKVA ŞƏHƏRİNDƏ İSLAM MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ RƏSMİ GÖRÜŞÜ KEÇİRİLDİ
Evi sökülən qadının polislə bağlı iddialarına - DİN-dən cavab
Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl Yasamal rayonunda evi sökülən qadının polislərin ona təzyiq etməsi ilə bağlı iddialarına cavab verib.
DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, paytaxtın Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində A.Quliyevaya məxsus evin qanunsuz sökülməsi ilə bağlı polis idarəsində müvafiq araşdırmalar aparılmaqla aidiyyəti üzrə göndərilib:
“İyunun 30-da 00:30 radələrində evin qapısının sındırılması, fəhlələr, həmin şirkətin vəzifəli şəxsləri tərəfindən ev sahibəsinin məcburi formada evdən çıxarılması, daha sonra traktorla əşyaları içində ola-ola evin qəsdən sökülməsi, külli miqdarda maddi ziyan vurulması və onun sağlamlığına xəsarətlər yetirilməsi üzrə polisə daxil olan müraciət üzrə bütün xüsuslar araşdırılmaqla müvafiq ekspertizalar təyin edilib.
Araşdırma çərçivəsində həmin şirkətin rəhbər və işçiləri, şikayətçi xanım polis bölməsinə dəvət ediliblər. Polis əməkdaşları tərəfindən bütün xüsuslar üzrə tərəflərin izahatları alınıb, sübutlar toplanılmaqla zəruri tədbirlər icra olunub.
Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, əmlakı qəsdən məhv etmə və zədələmə maddələrinin tərkib əlamətlərinin olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.
O ki qaldı, şikayətçiyə polis əməkdaşları tərəfindən təzyiq edilməsi iddiaları həqiqəti əks etdirmir. Hadisə baş verən vaxt polis əməkdaşları ərazidə olmayıblar, yalnız müraciətdən sonra polis əməkdaşları əraziyə yaxınlaşaraq, tərəflər arasında mübahisəni dayandıraraq araşdırılması üçün onları polis bölməsinə dəvət ediblər”.























































