Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Bakıda film kimi hadisə: Hamilə arvadı öldü, “məhkəməni” özü qurdu
Bu il fevralın 1-də Bakıda Sadıqcan küçəsində baş verən cinayət hadisəsinin (bıçaqlanma) detalları məlum olub.
Oxu.Az istintaq materialları əsasında həmin cinayət hadisəsinin səbəblərini təqdim edir...
Hadisəyə aparan “yol”
Ötən il oktyabrın 4-də Suraxanı rayonu, Hövsan qəsəbəsində hərəkətdə olan BMW markalı avtomobil eyni istiqamətdə hərəkət edən digər avtomobillə toqquşur.
İlk baxışda adi qəza kimi xarakterizə edə bilərdik, amma qəza faciə ilə nəticələnir. Bu faciə isə sürücülərdən birinə ikiqat mənəvi zərbə vurur...
BMW-dəki sürücü və qadın ər-arvaddır (Vüsal və Xatirə: şərtidir)...
Bu məsələ sonralar bıçaqlanma hadisəsinə qədər gəlib çıxır, Vüsal onun avtomobilini vuran şəxsi tapıb onun kürəyinə bıçaq saplayır.
Bəs Vüsalı bıçağa əl atmağa nə vadar etdi?
Vüsal bıçağa əl atan deyildi, o, səbirli, təmkinli idi. Vüsal bu yol qəzasını bəlkə də onun alnına yazılan tale, qismətlə əlaqələndirir.
Bəs onun emosiyalarını coşduran nə idi?
Vüsal və Xatirə 2020-ci ilin martında ailə həyatı qurublar, bu izdivacdan doğulacaq övladlarını həyəcanla gözləyirlər. Yol qəzası baş verəndə Xatirə yeddi aylıq hamilə olub, bu yol qəzası onun və bətnindəki körpənin həyatına son qoyur.
Hadisə ilə bağlı təhqiqat aparılır, Vüsal da taleyi ilə barışıb ədalət mühakiməsini gözləyir.
Vüsal səbir edir, dözür, amma istintaqın işindən və nəticənin çıxarılmasının gecikməsindən narahatlıq keçirir.
Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan araşdırma yubanır və Namiq (digər sürücü – şərtidir) məsuliyyətə cəlb edilmir. Namiq bu azmış kimi Vüsalla da maraqlanmır.
Gedişatdan narazı qalan Vüsal qərara gəlir ki, Namiqə “məhkəməni” özü qursun.
Vüsal 2021-ci ilin fevralın 1-də Sadıqcan küçəsi ilə fikirli halda addımlayarkən gözü bir nəfərə sataşır və dayanır, sən demə onun gördüyü şəxs Namiqdir.
Namiq isə onu görmür, Vüsal oradan uzaqlaşır, evinə gedir və qərarını qətiləşdirir: “Namiqi özüm cəzalandıracağam”.
Fevralın 7-də mətbəx bıçağını götürüb Namiqi gördüyü yerə gedir. Gecə saat 01:30-da çoxmərtəbəli yaşayış binasının giriş qapısının yanında dayanan Namiqə yaxınlaşır.
Namiq həmin ərazidə mühafizəçi işləyirmiş. O, Vüsalı tanımır, ondan nə lazım olduğunu soruşur. Vüsal isə xəstə olduğunu, ona kömək etməsini “xahiş edir”.
Namiq ona yardım etmək istəyir, qabaqda gedir, arxasınca da Vüsal. Namiq qəfildən kürək nahiyəsində zərbə hiss edir, bədənindən qan axdığını görür. Vüsal ikinci bıçaq zərbəsini vurmaq istəsə də, Namiq özünü müdafiə edə bilir. Vüsal ərazidən uzaqlaşır.
İstintaq zamanı tərəflər arasında barışıq olmur.
Məhkəmə bu ilin avqustunda Vüsal haqqında hökm çıxarıb.
Hökmə əsasən, Vüsal Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinərək üç ay müddətinə azadlıqdan məhrum edilib.























































