Xəbər Lenti
Dünən, 12:24
Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
19-06-2026, 17:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 17:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 11:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18-06-2026, 18:48
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 16:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
18-06-2026, 14:46
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
17-06-2026, 17:48
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
17-06-2026, 15:00
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
17-06-2026, 14:00
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
17-06-2026, 13:59
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
17-06-2026, 13:38
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Azərbaycan və İspaniya xarici işlər nazirlərinin görüşü olub
7 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq naziri Xose Manuel Albares Bueno tərəfindən qəbul edilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nümayəndə heyətinin qatılımı ilə geniş tərkibli görüşdə nazirlər ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə, o cümlədən iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, enerji, elm-təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu, qarşılıqlı yüksək səviyyəli səfərlərin və siyasi səviyyədə dialoqun önəmli olduğu qeyd edilib.
Nazir Ceyhun Bayramov həmkarına bölgədə post-münaqişə dövründə mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minaların təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz şəraitdə evlərinə geri dönmələri üçün görülən işlər, Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar barədə məlumat verib. İşğaldan azad edilmiş ərazilərdə turizm, alternativ enerji, kənd təsərrüfatı və mədən sənayesi sahəsində geniş işlər görüldüyü və İspaniya şirkətləri ilə geniş əməkdaşlıq perspektivləri olduğu bildirilib. Bununla yanaşı, Ələt Azad İqtisadi Zonasında sərmayə qoyuluşlarının ikitərəfli münasibətlərə töhfə verəcəyi diqqətə çatdırılıb.
Nazir Xose Manuel Albares Bueno İspaniya şirkətlərinin Azərbaycanda sərmayə qoyuluşunda maraqlı olduqlarını, turizm, ticarət və iqtisadiyyat sahəsində geniş əməkdaşlıq perspektivlərinin mövcudluğunu vurğulayıb. Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı, enerji və tranzit sahəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb, İspaniyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəklədiyi, növbəti ildən təşkilata sədrlikləri dövründə bu prosesdə daha yaxından iştirak edəcəkləri qeyd edilib. 18 iyul tarixində Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula fon der Leyen arasında imzalanmış anlaşma memorandumunun İspaniya üçün yeni əməkdaşlıq perspektivləri açdığı da İspaniya naziri tərəfindən vurğulanıb. Cənub Qaz Dəhlizində İspaniyanın Enagas şirkətinin 16% paya sahib olmasından məmnunluq ifadə olunub. Nazir Albares Bueno Avropa İttifaqının bölgədə vasitəçilik səylərinə dəstək verdiklərini, Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması istiqamətində töhfə verməyə hazır olduqlarını qeyd edib.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar və çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüş çərçivəsində nazirlər ADA Universiteti və İspaniyaKrallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Diplomatik Məktəbi arasında Memorandum imzalayıb. Bu sənədin ölkələrimizin diplomatik akademiyaları arasında münasibətlərin inkişafı, təhsil sahəsində mübadilələrin artmasına töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüşdən sonra, xarici işlər nazirləri mətbuat brifinqində görüşün nəticələrinə dair bəyanatla çıxış ediblər.





















































