Xəbər Lenti
Bugün, 17:23
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Bugün, 11:42
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Bugün, 09:12
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
Bugün, 09:01
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Bugün, 08:55
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Dünən, 21:08
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Dünən, 20:28
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
Dünən, 20:28
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Dünən, 20:27
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Dünən, 20:27
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Dünən, 20:27
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
Dünən, 11:20
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
10-12-2025, 18:05
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı: Enerji təhlükəsizliyi və yeni qlobal imkanlar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Avqust ayının 29-da saat 22:00-da Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 (bir) nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” komandasının verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, naməlum şəxs havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıb.
Dövlət sərhədinin pozulması ilə əlaqədar keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:10-da sərhədboyu ərazidə gizlədilmiş naməlum bağlamanı götürən 2 (iki) nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb edib.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxslər hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılmışlar. Saxlanılan şəxslərin Abşeron rayon sakini 1986-ci il təvəllüdlü Əlmanov Natiq Aydın oğlu və Şabran rayon sakini 1971-ci il təvəllüdlü Rəsulov Tahir Zahir oğlu olması müəyyənləşdirilib. Üzərilərinə baxış keçirilərkən 1 (bir) ədəd bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 300 qram narkotik vasitəyə (“marixuana”) bənzər maddə və 800 ədəd “metadon-40” həbi aşkar olunaraq götürülüb.
Araşdırma zamanı qeyd olunan şəxslər əraziyə narkotik vasitələri əldə etmək məqsədilə gəldiklərini etiraf ediblər.
Avqust ayının 30-da saat 16:30-də Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 (iki) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunmuşdur.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, sərhəd pozucularının təqibinə başlanılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sərhəd pozucuları əllərindəki bağlamaları ataraq ərazinin sıx kolluq və qamışlıq olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçmışlar.
Ərazidə aparılmış axtarış tədbirləri zamanı sərhəd pozucuları tərəfindən atılmış 2 (iki) ədəd bağlamanın içərisində təxmini çəkisi 16 kiloqram 740 qram narkotik vasitəyə bənzər maddələr (15 kq 820 qram “marixuana”, 500 qram “heroin”, 420 qram “metamfetamin”) aşkar olunaraq götürülmüşdür.
Dövlət sərhədinin pozulması ilə bağlı xidməti itlərdə cəlb edilməklə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında içərisində palçıqlı paltarlar və ayaqqabılar olan sahibsiz halda qara rəngli “Mersedes” markalı 10 SE 862 dövlət nömrə nişanlı avtomobil aşkar olunmuşdur.
Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində saat 18:25-də kəndin əkin sahəsində gizlənmiş İmişli rayon sakini 1997-ci il təvəllüdlü Rzayev Əlihüseyn İlqar oğlu şübhəli şəxs qismində saxlanılmışdır. Araşdırma zamanı, o aşkarlanan avtomobilin ona məxsus olmasını və Bakı şəhərində tanış olduğu digər şəxslərlə birgə ərazidən narkotik vasitə götürmək məqsədilə gəldiyini etiraf etmişdir.
Sərhəd axtarış tədbirləri davam etdirilərkən saat 23:55-də hadisə yerindən qaçaraq sərhədboyu zolaqda gizlənən daha bir şəxs, Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Ağamalıyev Ramil Nazim oğlu sərhədçilər tərəfindən saxlanılmışdır.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.























































