Xəbər Lenti
Bugün, 21:41
Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
Bugün, 17:09
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
30-05-2026, 22:46
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
30-05-2026, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
30-05-2026, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 17:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 21:12
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 12:55
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
29-05-2026, 12:10
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
29-05-2026, 12:01
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
Dövlət Gömrük Komitəsi BMT İdarəsi ilə memorandum imzaladı
İyunun 10-da “Dövlət Gömrük Komitəsi ilə təmsil olunan Azərbaycan Respublikasının Hökuməti və BMT-nin Terrorla Mübarizə İdarəsi ilə təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Anlaşma Memorandumu” imzalanıb.
Komitədən verilən məlumata görə, onlayn formatda keçirilən imzalanma mərasimində BMT Baş katibinin terrorla mübarizə üzrə müavini, Terrorla Mübarizə İdarəsinin rəhbəri Vladimir Voronkov çıxış edərək təmsil etdiyi qurumla Azərbaycan arasında əlaqələrdən bəhs edib və memorandumun imzalanması ilə nəticələnən səmərəli əməkdaşlığa görə Dövlət Gömrük Komitəsinə təşəkkürünü bildirib.
BMT rəsmisi Azərbaycanın Terrorçuların Səyahətinin Qarşısının Alınması Proqramının uzunmüddətli və mötəbər benefisiarlarından biri olduğunu vurğulayıb, həmin proqram çərçivəsində milli qanunvericilik bazasının formalaşdırılması, Sərnişin Məlumat Mərkəzinin fəaliyyətə başlaması, texniki dəstəyin göstərilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi, əməkdaşların potensialının gücləndirilməsi istiqamətində təlimlərin keçirilməsi və digər sahələrdə əməkdaşlıqdan bəhs edib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev BMT ilə Azərbaycan, eyni zamanda təşkilatın aidiyyəti qurumları ilə Dövlət Gömrük Komitəsi arasında müxtəlif sahələrdə, o cümlədən təhlükəsizliyin təmin olunması, terrorçuluğa və transmilli cinayətkarlığa qarşı mübarizə istiqamətində səmərəli əməkdaşlığın qurulduğunu bildirib: "Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət ölkə iqtisadiyyatını sürətlə inkişaf etdirməklə yanaşı, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına da mühüm töhfə verir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə tarixi ədaləti bərpa etməklə yanaşı, sülhün və inteqrasiyanın gücləndirilməsi, region dövlətlərinin gələcək iqtisadi inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir".
Səfər Mehdiyev bildirib ki, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi son illər ölkə ərazisinə sərnişin və mal axınlarının artmasına səbəb olub. Bu da, öz növbəsində təhlükəsizlik tədbirlərinin səmərəliliyinin artırılması və müvafiq dövlət nəzarəti mexanizmlərinin daha keyfiyyətli şəkildə həyata keçirilməsi üçün risk idarəçiliyinə əsaslanan texnologiyaların tətbiqinə tələbatı artırıb.
Komitə sədri vurğulayıb ki, müasir dövrün çağırışlarına cavab verən yeniliklər funksional idarəçiliyin həyata keçirilməsində də xüsusi əhəmiyyət kəsb edir, Dövlət Gömrük Komitəsi qabaqcıl texnologiyaların tətbiqi və təcrübələrin öyrənilməsi baxımından beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük diqqət ayırır.
Qeyd olunub ki, hazırda BMT-nin Terrorla Mübarizə İdarəsinin Terrorçuların Səyahətinin Qarşısının Alınması Proqramı çərçivəsində Azərbaycanın timsalında Dövlət Gömrük Komitəsi və BMT-nin timsalında Terrorla Mübarizə İdarəsi arasında fəal əməkdaşlıq həyata keçirilir və Dövlət Gömrük Komitəsi bu sahəyə xüsusi önəm verir.
Komitə sədri onu da bildirib ki, sözügedən sahədə əməkdaşlığın səmərəliliyinin artırılması və aparılan işlərin strukturlaşdırılması üçün Nazirlər Kabinetinin müvafiq tapşırığının icrası çərçivəsində “Sərnişinlərə dair ilkin məlumat” (API) və “Sərnişin adlarının qeydiyyatı” (PNR) sistemləri üzrə Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə işçi qrup formalaşdırılıb və həmin işçi qrup öz fəaliyyətini uğurla davam etdirir.
Səfər Mehdiyev Sərnişin Məlumat Mərkəzinin formalaşdırılması, əməkdaşların potensialının gücləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi istiqamətində əməkdaşlıqdan bəhs edib, görülən işlərə və verilən dəstəyə görə BMT-nin Terrorla Mübarizə İdarəsinə təşəkkürünü bildirib.
Daha sonra onlayn şəkildə “Dövlət Gömrük Komitəsi ilə təmsil olunan Azərbaycan Respublikasının Hökuməti və Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsi ilə təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Anlaşma Memorandumu” imzalanıb.
Sənədi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və BMT Baş katibinin terrorla mübarizə üzrə müavini, Terrorla Mübarizə İdarəsinin rəhbəri Vladimir Voronkov imzalayıblar.
Qeyd edək ki, imzalanan memorandum tərəflər arasında “Sərnişinlərə dair ilkin məlumat” (APİ) və “Sərnişin adlarının qeydiyyatı” (PNR) sahəsində gələcək əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsinə, birgə fəaliyyət mexanizmlərinin işlənib hazırlanmasına öz töhfəsini verəcək.























































