Xəbər Lenti
19-11-2024, 08:11
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
18-11-2024, 09:55
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Prezident İlham Əliyevin sayəsində Qarabağ Azərbaycanın digər bölgələri üçün inkişaf nümunəsinə çevriləcək - Ekspertlər
Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Müçavirədə dövlət başçısı qeyd edib ki, birinci rübdə Azərbaycanda ümumi daxili məhsul 6,8 faiz artıb, üç ay ərzində xarici ticarət dövriyyəsinin müsbət saldosu 5 milyard dolları ötüb, il ərzində xarici borcun həcmini 600 milyon dollardab çox azaltmaq mümkün olub.
Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini, Azərbaycan İqtisad Universitetinin professoru Elşad Məmmədov bildirib ki, Prezident İlham Əliyevin sosialyönümlü siyasəti sayəsində Azərbaycan milli iqtisadiyyatın sabitliyini nümayiş etdirib, müsbət makroiqtisadi nəticələr əldə edib.
"Dövlət başçısının sosialyönümlü siyasəti nəticəsində Azərbaycanın daxili bazarında sabitlik qorunub saxlanılıb. Son 4 ildə dövlət tərəfindən əhaliyə bir sıra səmərəli sosial dəstək paketləri - birdəfəlik ödəmələr, pensiyaların və minimum əməkhaqqının artırılması həyata keçirilib. Bu, daxili bazarda alıcılıq qabiliyyətini, ölkədə işgüzar fəallığı qoruyub saxlamağa imkan verib," deyə E.Məmmədov bildirib.
O əlavə edib ki, ölkədə sosial siyasətə cavabdeh olan strukturlar, şəffaflığa nail olunması, korrupsiyaya qarşı səmərəli mübarizənin aparılması sayəsində əlavə vəsaitlər sosial yönümlü xərclərə yönəldilib:
"Prezident İlham Əliyevin neft strategiyasının səmərəliliyini görməkdə davam edirik. Azərbaycana xeyli valyuta gəlirləri daxil olmaqda davam edir ki, bu da ölkə iqtisadiyyatına zəruri töhfədir".
Eyni zamanda, iqtisadçı hesab edir ki, idxalı əvəzləmənin həyata keçirilməsi üçün iqtisadiyyata birbaşa investisiyaların həcmini artırmaq lazımdır:
"Azərbaycan xarici borcun daha da azaldılması üçün əsas resursa - investisiyaların artırılması üçün daxili potensiala malikdir. Dövlət zamin kimi ölkənin inkişafı üçün zəruri olan yüksək texnologiyaların idxalı müqabilində öz suveren qızıl-valyuta ehtiyatlarını təklif edə bilər".
O, həmçinin qeyd edib ki, bu gün Prezident İlham Əliyev özəl sektorun inkişafını xüsusi əhəmiyyət verir:
"Azərbaycanda Özəl İnvestisiya İnstitutu hələ tam fəaliyyət göstərmir. Bank sektoru investisiyalar yaratmağa başlamalıdır ki, bunun sayəsində özəl sektor enerji sektorunda səmərəli fəaliyyətə başlaya biləcək”, - deyə iqtisadçı bildirib.
E.Məmmədov əlavə edib ki, ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra il yarım ərzində Azərbaycan işğaldan azad edilmiş ərazilərdə titanik işlər görüb.
O, Prezident İlham Əliyevin sayəsində Qarabağın Azərbaycanın digər bölgələri üçün də inkişaf nümunəsinə çevriləcəyini vurğulayıb.
E.Məmmədov eyni zamanda qeyd edib ki, daha səmərəli inkişaf üçün, o cümlədən energetika sektorunda, yüksək texnologiyaların idxalı zəruridir, lakin insan resursları heç də az əhəmiyyət kəsb etmir.
İqtisadçı ekspert Emin Qəriblinin də öz növbəsində qeyd etdiyi kimi, Azərbaycanın makroiqtisadi göstəricilərinin artması ölkə hökumətinin apardığı uğurlu siyasətin nəticəsidir:
"Pandemiya dövrünə baxmayaraq, ölkəmizin iqtisadiyyatı yaxşı nəticələr əldə edib. Beləliklə, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı 40 faizdən çox artaraq 2,7 milyard manata çatıb. Azərbaycan da dövlət borcunu azalda bilib”, - E.Qəribli bildirib.
Ekspert qeyd edib ki, buna baxmayaraq, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunub, ölkə öz iqtisadi müstəqilliyini və sabitliyini qoruyub saxlamaqda davam edir:
"Bu gün biz həm də sosial müavinət və ödənişlərin, pensiyaların artımının şahidi oluruq ki, bu da aparılan siyasətin nəticəsidir. Bu amilləri Azərbaycanın iqtisadi yüksəlişinin əsası hesab etmək olar," deyə E.Qəribli vurğulayıb.
Bundan əlavə, ekspert qeyd edib ki, ölkə hökuməti 44 günlük müharibə nəticəsində Azərbaycan ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra dərhal bərpa işlərinə başlayıb:
"Bu regionlara qoyulan investisiyalar bir tərəfdən kommunikasiyanın yaxşılaşmasına kömək edir, keçmiş qaçqınların geri qayıtmasını sürətləndirir, digər tərəfdən tikinti (avtomobil və dəmir yolu, infrastruktur obyektləri) kimi sektorlarda azərbaycanlı mütəxəssislər üçün yeni iş yerləri açıb".
O, xarici investorların Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa davam etdiyini də vurğulayıb:
"Beləliklə, bir çox şirkətlər alternativ enerji sənayesinə maraq göstərirlər. Bu gün bütün dünya yaşıl enerji sektorunu inkişaf etdirir və bayaq dediyim kimi, Azərbaycan təkcə kəmiyyət artım göstəricilərini deyil, həm də keyfiyyət göstəricilərini yaxşılaşdırır. Onu da qeyd etmək lazımdır ki, aparılan islahatlar qlobal iqtisadiyyatda mövcud olan dünya tələblərinə cavab verir".