Xəbər Lenti
Dünən, 18:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
11-11-2026, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 21:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
10-11-2026, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
10-11-2026, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
9-11-2026, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
9-11-2026, 17:48
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
28 Mart 2022 10:52Manşet / Mədəniyyət
"Oskar"ın mükafatlandırma mərasimi keçirilib - YENİLƏNİB 8
ABŞ-ın Los-Anceles şəhərindəki 94-cü "Oskar"ın mükafatlandırma mərasimi başa çatıb.
Ümumilikdə 23 nominasiya üzrə qalib müəyyənləşib.
Mərasimdə ən çox diqqət çəkən rejissor Denis Villenövün "Dune" filmi namizəd olduğu 10 nominasiyadan 6-nı qazanıb.
94-cü "Oskar" mükafatının təqdimetmə mərasimində "İlin ən yaxşı" filmi nominasiyanın qalibi müəyyən olub.
APA xəbər verir ki, "CODA" "İlin ən yaxşı filmi" seçilib.
94-cü "Oskar" mükafatının təqdimetmə mərasimində daha bir nominasiyanın qalibi müəyyən olub.
Jessica Chastain ("The eyes of tammy faye") "Ən yaxşı aktrisa" seçilib.
94-cü "Oskar" mükafatının təqdimetmə mərasimi davam edir.
Will Smith ("King Richard") "Ən yaxşı aktyor", Billie Eilish və Finneas O'connell ("No time to die") "Ən yaxşı orijinal mahnı", Jane Campion ("The power of the dog") "Ən yaxşı rejissoru" nominasiyasında qalib elan olunub.
ABŞ-ın Los-Anceles şəhərində 94-cü "Oskar" mükafatının təqdimetmə mərasimi baş tutub.
Mükafatlandırma mərasimində ümumilikdə 23 nominasiya üzrə qaliblər müəyyənləşib. Həmin qalib nominasiyalar aşağıdakılardır:
Ən yaxşı köməkçi aktyor
Troy Cotsur - "CODA"
Ən yaxşı köməkçi aktrisa
Ariana Debose - "West side story"
Ən yaxşı xarici dildə film
"Drive my car" - Yaponiya istehsalı
Ən yaxşı orijinal ssenari
"Belfast" - Kenneth Branagh
Ən yaxşı uyğunlaşdırılmış ssenari
"CODA" - Sian Heder
Ən yaxşı orijinal musiqi
Hans Zimmer - "Dune"
Ən yaxşı səs effekti
"Dune"
Ən yaxşı montaj
"Dune"
Ən yaxşı vizual effekt
"Dune"
Ən yaxşı operator işi
Greig Fraiser - "Dune"
Ən yaxşı istehsal dizaynı
"Dune"
Ən yaxşı sənədli film
"Summer of soul" (When the revolution could not be televised)
Ən yaxşı qısametrajlı sənədli film
"The queen of basketball"
Ən yaxşı cizgi filmi
"Encanto"
Ən yaxşı qısametrajlı cizgi filmi
"The windshield wiper"
Ən yaxşı qısametrajlı film
"The long goodbye"
Ən yaxşı makiyaj və saç düzümü
"The eyes of Tammy Faye"
Ən yaxşı kostyum dizaynı
Jenny Beavan - "Cruella"
Qeyd edək ki, bu il mükafat tarixində ilk dəfə olaraq 8 nominasiya üzrə qalib mərasim başlamazdan əvvəl elan olunub.
Həmçinin mərasimdə Ukraynada baş verən hadisələr vurğulanıb və həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Belfast” filmi ən yaxşı ssenari nominasiyasının qalibi olub.
Filmin rejissoru Kennet Brandır.
Yaponiyanın “Driwe my car” filmi ən yaxşı xarici dildə film nominasiyasının qalibi olub.
Filmin rejissoru Rusuqe Xamaqutidir.
Hollivudda 94-cü Oskar mərasiminin qala gecəsi başlayıb.
Kino elmləri və İncəsənəti Akademiyası müxtəif nominasiyalar üzrə 23 qızıl mükafat təqdim edəcək. Namizədlər fevral ayında müəyyən edilib.
Açılış mərasimi Beyonsun ifası ilə başlayıb. Tədbir bir çox kanalda canlı yayımlanır.
Qeyd edək ki, koronavirus pandemiyası əvvəlki illərdə Oskar mərasiminin də keçirilməsinə mənfi təsir göstərmişdi.























































