Xəbər Lenti
19-11-2024, 08:11
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
18-11-2024, 09:55
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Putinin Ukraynada rəsmi və qeyri-rəsmi hədəfi – ABŞ eksperti
Amerikalı siyasi analitik Endryu Korıbkonun Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarla bağlı müsahibəsi:
- Rusiya XİN rəhbəri Sergey Lavrovun dediyinə görə, Rusiya tək deyil və hələ də ona dost münasibət bəsləyən ölkələr var...
- BMT Baş Assambleyasında Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatları pisləyən qətnamə ilə bağlı verilən səslər reallığın tam dəqiq təsviridir. Təklifə veto qoyan, neytral qalan və ya səs verməyənlər strateji olaraq müstəqil xarici siyasət yürüdən və ya Rusiya ilə qarşılıqlı faydalı əlaqələrə isti yanaşan ölkələr hesab edilə bilərlər.
Digər əhəmiyyət kəsb edən ölkələr neytral mövqe sərgiləyən Çin, İran, Hindistan və Pakistan kimi nəhəng fiqurlardır. Bu dördlük Şanxay Əməkdaşlıq Təşkilatının əsas üzvləridir və Rusiya gələcəkdə öz maraqlarını Qərbdən çəkib Şərqə doğru istiqamətləndirmə prosesini sürətləndirdiyi təqdirdə onun prioritet partnyorları olacaqlar. Onlar geniş əraziyə malik, güclü və kollektiv şəkildə birləşəcəkləri təqdirdə Avrasiyada əhəmiyyətli dəyişikliyə səbəb ola biləcək qədər stabil ölkələrdir.
- Hansı ölkələr Rusiya tərəfdən çıxış edir və onlar Rusiyaya necə kömək edə bilərlər?
- Aydınlaşdırmaq lazımdır ki, bitərəf qalanlar faktiki olaraq Rusiyanın tərəfində deyillər, onlar sadəcə olaraq strateji cəhətdən kifayət qədər müstəqilliyə malikdirlər və bu da onlara imkan verir ki, Rusiya ilə qarşılıqlı faydalı maraqlarını prioritetləşdirdikləri təqdirdə başqaları bundan zərər görməsin. Münaqişə ətrafında Amerikanın təsiri ilə seçim etmək arasında qalmağa məcbur edilmək özü də ABŞ tərəfindən yönləndirilmiş yanlış və manipulyativ düşüncədir. Bu, ölkələrə öz milli maraqları hesabına Rusiya ilə qarşılıqlı faydalı əlaqələrini kəsmələri üçün təzyiq etmək məqsədi daşıyır ki, bu da öz növbəsində ABŞ-ın onların hökumətləri üzərində hegemonluğunun reallaşması deməkdir. İndiyədək bitərəf qalanlar isə keçən həftə Qərbdən təcrid olunan Rusiyanın daha vacib ticarət tərəfdaşlarına çevrilə bilərlər.
Bu yeni kəşf edilmiş strateji əhəmiyyət bu ölkələrin Rusiyanın xarici siyasətindəki rolunu artırır və bu, onların gələcəkdə bir-biri ilə daha yaxşı sövdələşmələrə getməsinə səbəb ola bilər. Azərbaycan rəhbərliyi çox güman ki, bu hesablamaları nəzərə alıb, ağıllı bir gediş edərək öz neytrallığını saxlayıb. Prezident Əliyev nəzərdə tutduğu Cənubi Qafqaz inteqrasiya platformasında Rusiyanın oynaya biləcəyi əvəzsiz rolun əhəmiyyətini anlayır.
Buna görə də Azərbaycan, Çin, Hindistan, İran, Pakistan, Mərkəzi Asiya dövlətlərinin hər biri Rusiya üçün özünəməxsus və həlledici təzyiq klapanlarıdır. Bir-biri ilə ikitərəfli və hətta potensial olaraq çoxtərəfli əməkdaşlığın faydalarını maksimum dərəcədə artırmaq üçün Moskva ilə yaradıcı əməkdaşlıq etmək onların rəhbərlərindən asılıdır. Nəticədə Avrasiya daha dinc, sabit və inkişaf etmiş olacaq.
- Rusiya sanksiyalardan sonra ayaq üstə qala biləcəkmi?
- Bəli, həm ona görə ki, Rusiya belə bir ssenariyə əvvəlcədən hazırlaşıb, həm də yuxarıda qeyd edilmiş tərəfdaşlarının dəstəyi sayəsində yenidən öz gücünə qovuşacaq. Təbii ki, ölkənin iqtisadiyyatı və buna bənzər digər sahələr bəzi qısa və orta müddətli problemlər yaşayacaq, lakin bunların uzunmüddətli dövrdə nəzarət altına alına biləcəyi gözlənilir.
- Sizcə, yaxın gələcəkdə regionda hadisələr necə inkişaf edəcək?
- Rusiyanın rəsmi və qeyri-rəsmi məqsədlərinə çatana qədər Ukraynadakı xüsusi hərbi əməliyyatlara davam edəcəyinə heç bir şübhə olmamalıdır. Rəsmi məqsədlərə Donbasın yerli rus xalqını Prezident Putinin Kiyevin onlara qarşı soyqırım hücumu kimi təsvir etdiyi hadisələrdən qorumaq; Ukraynada demilitarizasiya proseslərini aparmaq; mülki şəxslərə (o cümlədən Rusiya vətəndaşlarına) qarşı cinayət törətməkdə təqsirləndirilən şəxsləri məsuliyyətə cəlb etmək daxildir.
Qeyri-rəsmi məqsədlərə isə NATO tərəfindən gizli şəkildə qurulmuş, Rusiyaya qarşı sürpriz bir hücum etmə potensialı daşıyan və Prezident Putin tərəfindən aşkara çıxarılmış hərbi infrastrukturu məhv etmək; Ukraynanın NATO-ya daxil olmasına imkan verməmək və buna əmin olmaq və Ukraynadakı azlıqların, xüsusən də rusların hüquqlarını davamlı şəkildə qorumaq daxildir. Ona görə də Moskva bu qeyri-rəsmi və rəsmi məqsədlərə çatana qədər Ukraynadakı xüsusi hərbi əməliyyatını dayandırmayacaq.
Rusiya Silahlı Qüvvələri (RSQ) bəzi təsdiqlənməmiş görüntülərə baxmayaraq, indiyədək mülki əhali arasında itkiləri və ziyanı minimuma endirmək üçün əlindən gələni edib. Bu iddianı Rusiya Müdafiə Nazirliyinin yenicə açıqladığı itkilərlə bağlı rəqəmlər də təsdiqləyir. Məlumata əsasən, 500-ə yaxın hərbçi həlak olub, 1600-ə yaxın hərbçi yaralanıb. Bunun səbəbi də onların Ukrayna şəhərlərini sadəcə dağıdıb məhv etmək əvəzinə, mülki tələfatla bağlı narahat olduqlarından xüsusi əməliyyatlar zamanı özlərini təhlükəyə atmaları olub.
Heç kimin şübhəsi olmasın, Rusiyanın hərbi imkanları o qədər çoxdur ki, əgər həqiqətən istəsəydi, o, ABŞ-ın Yuqoslaviya, İraq və Liviyaya qarşı “şok və zəhmli” məhvetmə kampaniyalarını asanlıqla Ukraynada təkrarlaya bilərdi. Bunun əvəzində isə Rusiya QS, Prezident Putinin keçən yay yazdığı məqalədə rusların və ukraynalıların tarixi birliyinə olan inamı səbəbindən, mülki itkiləri və ziyanı minimuma endirməyə diqqət yetirir. Bu, Rusiya tərəfinin verdiyi itkilərin sayını izah edir.
- Tərəflər arasında razılaşma nə vaxt olacaq?
- Bu tamamilə Ukraynanın ixtiyarına buraxılmış bir məsələdir. Nə vaxt ki o, Rusiyanın milli təhlükəsizliklə bağlı “qırmızı xətlərinə” hörmət edəcək və ya ümumiyyətlə nə vaxt hörmətlə yanaşaqsa, ancaq o zaman bir razılaşmadan söhbət gedə bilər. Nəzərə almaq lazımdır ki, Rusiyanın qonşusunda olan təhlükələrlə bağlı qayğıları o həddə çatıb ki, həmin bölgədə xüsusi hərbi əməliyyatlar aparmalı olub.
ABŞ Kiyevi Rusiya ilə xoşniyyətli danışıqlara getməməyə cəsarətləndirir. Əslində bu, Vaşinqtonun keçmiş sovet respublikasında nəzərdə tutduğu “proksi müharibəsi”nin bir hissəsidir (Proksi müharibə - istiqamətverici qüvvə hadisələrdən kənarda qalır və ya minimum müdaxilə ilə hadisələrin gedişatına təsir göstərir - red). ABŞ-ın planına əsasən, Zelenski “ruslarla sonuncu ukraynalının son damla qanına qədər döyüşmək” siyasətinə sadiq qalacaq. Qüvvələrin və müvafiq imkanların müqayisəsini nəzərə alanda, heç kim Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya ordusunu məğlub edəcəyini gözləməməlidir.
Bunu nəzərə alsaq, Ukraynanın müharibəni davam etdirmək əvəzinə, Rusiya ilə oradakı milli təhlükəsizliyin “qırmızı xətləri” ilə bağlı xoş niyyətlə və təcili şəkildə danışıqlara getməsi daha yaxşıdır. Prezident Putin artıq bildirib ki, o, hələ də rəsmi olaraq Kiyevin səlahiyyətində hesab etdiyi ərazilərin heç birini işğal etməkdə maraqlı deyil, təbii ki, bu, Krım və bu yaxınlarda müstəqil kimi tanıdığı Donbas “respublikaları”nı istisna edir. Üstəlik, yerli əhalinin rifahını təmin etməklə bağlı məsuliyyəti öz üzərinə götürmək bir yana, ərazidə qeyri-müəyyən sayda qüvvənin yerləşdirməsini təmin etmək belə Rusiya üçün çox baha başa gələcək.
Bu müşahidələr xüsusi əməliyyatların Rusiyanın Ukraynada humanitar, hərbi, siyasi və strateji məqsədlərinə çatmasından sonra başa çatacağını göstərir. Ukrayna ordusunun Rusiya ordusunu məğlub etmək üçün heç bir real şansı olmadığı üçün, Rusiya ilə təcili olaraq razılaşmanı müzakirə etmək onların rəhbərliyinin maraqlarına uyğundur. Kiyevin indiyə qədər etdiyi kimi müharibəni davam etdirmək getdikcə daha ümidsiz və özünüməhvetmə siyasətinə çevrilir. Bu, yalnız daha çox mülki itkiyə və ziyana səbəb olur. ABŞ-ın liderliyi altında olan Qərbin Ukraynanı “xilas etməsi” ilə bağlı yanlış düşüncəyə getməksə lazım deyil. Sülh üçün təcili şəkildə danışıqlara gedilməlidir.