Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 10:02

15 yolda tıxac var - Siyahı

25 Yanvar 2022 20:28Manşet / Siyasət

Korotçenko: Bu ərazilər Bakıya verilir - Video


Bütün baş verənlər onu göstərir ki, İrəvan yaxın vaxtlarda bir sıra əraziləri Bakının nəzarətinə verəcək. Hansı ərazilər ki, SSRİ Baş Qərargahının xəritələrinə əsasən Ermənistana deyil, Azərbaycana aid olub.

Bu fikirləri açıqlamasında Rusiyanın tanınmış hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

“Ermənistan Prezidenti Armen Sərkisyanın istefası hər şeydən əvvəl bu ölkədə müşahidə edilən siyasi böhrandan xəbər verir. Bu, dövlətdə ikinci şəxsin istefasıdır. Əslində, Prezident Sərkisyan Paşinyandan sonra səlahiyyətli ola biləcək ikinci şəxs idi. Onun könüllü istefa verməsi sözsüz ki, Ermənistanda siyasi vəziyyətin qeyri-sabitliyinin göstəricisidir. Bu, birincisi. İkincisi, onun istefası hazırda Paşinyan tərəfindən qəbul ediləcək və reallaşdırılacaq qərarlarla, xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ola bilər. Bütün baş verənlər onu göstərir ki, İrəvan yaxın vaxtlarda bir sıra əraziləri Bakının nəzarətinə verəcək. Hansı ərazilər ki, SSRİ Baş Qərargahının xəritələrinə əsasən Ermənistana deyil, Azərbaycana aid olub”, - deyə həmsöhbətimiz qeyd edib.