“Mən əbədiyyət üfüqlərində doğan günəşəm” — Şəhid Vidadi Nizami oğlu Zalovun əziz xatirəsinə...
Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Korotçenko: “İrəvandakı abidənin təhqir olunması Rusiyanın üzünə tüpürməkdir”
“İrəvanda blokadada olmuş Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması erməni cəmiyyətində anti-Rusiya əhvali-ruhiyyəsinin göstəricisidir”.
Bunu “Report”un Rusiya bürosuna açıqlamasında Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
Onun sözlərinə görə, bu hərəkətə bəraət qazandırmaq mümkün deyil: “Bu, Rusiyanın üzünə tüpürməkdir. Üstəlik, bu, indiki erməni cəmiyyətində hakim olmağa başlayan rusofobiyanın və anti-Rusiya əhvali-ruhiyyəsinin göstəricisidir”.
İ.Korotçenko vurğulayıb ki, Ermənistan cəmiyyətində belə əhvali-ruhiyyə xeyli müddətdir ki, müşahidə olunur.
Politoloqun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyadan rəsmi şəkildə üzr istəməli idi: “Ermənistanın müvafiq hüquq-mühafizə orqanları isə bu cinayəti hərtərəfli araşdırmalıdır. Cinayətkarın mühakimə olunması və onunla bağlı ədalətli qərarın çıxarılması üçün həmin şəxsi Rusiya ədliyyəsinə təhvil verməlidir”.
Qeyd edək ki, sosial şəbəkələrdə özünü Samvel Şirinyan kimi təqdim edən İrəvan sakini həmin abidənin önündəki çələngləri dağıdıb, Rusiya bayrağının rənglərinə uyğun lenti tapdalayıb və bu hərəkətlərini videoya çəkərək yayıb.
Rusiya Xarici İşlər Nazirliyi bu vandalizm aktını kəskin şəkildə pisləyib.
Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin abidənin təhqir olunması ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib.























































