Xəbər Lenti
Dünən, 18:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
11-11-2026, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 21:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
10-11-2026, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
10-11-2026, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
9-11-2026, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
9-11-2026, 17:48
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
DİN əməliyyat keçirdi, 30 nəfər saxlanıldı
Suraxanı rayonunda bu ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı 8 kiloqrama yaxın narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb, 30 nəfər saxlanılıb.
Bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yanvarın ilk 10 günü ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 30 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 8 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə çıxarılıb.
İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hövsan, Əmircan və Yeni Günəşli qəsəbələrində həyata keçirdikləri tədbirlər zamanı əvvəlcə 5 nəfər saxlanılıb. Əməliyyatlar nəticəsində tutulan Əfraim Dərbəndəliyevdən 1 kiloqram 430 qram marixuana, Ramin Abdullayevdən 60 qram heroin, Şamil Abbasovdan ümumilikdə 500 qrama yaxın heroin, həmçinin metamfetamin, Bəhruz Hüseynovdan 52 qram marixuana, Elçin Seyfullayevdən 1 kiloqram 425 qram heroin, 4 kiloqrama yaxın marixuana və 1 ədəd elektron tərəzi aşkar olunub. Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
İdarə əməkdaşları tərəfindən həmçinin qeyd edilən dövr ərzində rayonun digər ərazilərində həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 25 nəfər saxlanılıb. Bu şəxslərin hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Təqdim edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Suraxanı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.























































