“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
YAP-nın yaranmasının 34-cü ildönümü münasibətilə YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdən əvvəl Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev Parkında Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri qoyulub. Daha sonra Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirə abidəsi önünə gül dəstələri düzülüb, qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.
Beynəlxalq Muğam Mərkəzində davam edən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev iştirakçıları əlamətdar yubiley münasibətilə təbrik edərək partiyanın yaranma tarixindən, keçdiyi inkişaf yolundan və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib.
1992-ci il noyabrın 21-də Azərbaycanın mürəkkəb ictimai-siyasi şəraitində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının xalqın sabitlik, güclü dövlətçilik və firavan gələcək arzularının təcəssümü kimi meydana gəldiyi diqqətə çatdırılıb. Partiyanın təsis olunması xalqın öz gələcəyinə sahib çıxmaq iradəsinin, Heydər Əliyev şəxsiyyətinə və onun siyasi təcrübəsinə olan inamının ifadəsi kimi dəyərləndirilib.
Muxtar Nağıyev Ulu Öndərin müəyyən etdiyi siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrinin inkişafı, ordu quruculuğu və dövlət suverenliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Səbail rayon təşkilatının fəaliyyətinə toxunan Muxtar Nağıyev partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, gənclərlə işin gücləndirilməsi, milli-mənəvi dəyərlərin və dövlətçilik ideyalarının təbliğinin əsas fəaliyyət istiqamətləri olduğunu diqqətə çatdırıb. Partiya üzvü olmağın həm də dövlət və cəmiyyət qarşısında məsuliyyət, Vətənə sədaqət və xalqa xidmət prinsiplərinə bağlılıq demək olduğu qeyd edilib.
Sonra Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycan dövlətçilik tarixində mühüm hadisə olduğunu vurğulayıb.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiyanın qısa müddətdə ölkənin ictimai-siyasi həyatında mühüm yer tutduğu, Heydər Əliyevin dövlətçilik strategiyasının Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi sabitliyin təmin olunmasına və hərtərəfli inkişafına zəmin yaratdığı qeyd olunub.
Vüqar Zeynalov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin ölkəmizin bütün bölgələrində, o cümlədən paytaxt Bakıda və Səbail rayonunda mühüm dəyişikliklərə səbəb olduğunu bildirib. Vətəndaşların rifahının yüksəldilməsi, müasir infrastrukturun yaradılması, abadlıq və quruculuq işlərinin genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətləri kimi diqqətə çatdırılıb.
44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Azərbaycan xalqının birliyinin, Ordumuzun gücünün və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyinin nəticəsi olduğu xüsusi vurğulanıb.
Daha sonra Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov çıxış edərək partiyanın 34 illik fəaliyyətinin ölkənin ictimai-siyasi və sosial-iqtisadi inkişafı baxımından əhəmiyyətindən danışıb.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində iqtisadi inkişafla yanaşı, elmə, təhsilə və insan kapitalına xüsusi önəm verildiyi qeyd olunub. Bu strateji yanaşmanın Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirildiyi vurğulanıb.
Ədalət Muradov müasir dünyada dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən birinin insan kapitalı olduğunu diqqətə çatdırıb. Təhsilin, elmin, innovasiyaların və rəqəmsal texnologiyaların inkişafının Azərbaycanın gələcək strateji hədəfləri baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Gənclərin müasir biliklərə yiyələnməsi, təşəbbüskar və rəqabətqabiliyyətli mütəxəssislər kimi yetişməsi ölkəmizin dayanıqlı inkişafının mühüm şərti kimi qiymətləndirilib.
Tədbirdə 91-lərin üzvü, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Türk Ağsaqqalları Birliyinin sədri, professor Sudeyif İmamverdiyev də çıxış edib.
1992-ci ilin mürəkkəb ictimai-siyasi mənzərəsinə nəzər salınaraq Yeni Azərbaycan Partiyasının yaradılmasının xalqın tarixi zərurətdən doğan seçimi olduğu vurğulanıb. 91-lərin Ulu Öndər Heydər Əliyevə müraciətinin, ziyalıların və vətənpərvər insanların onun ətrafında birləşməsinin Azərbaycanın gələcək taleyində mühüm rol oynadığı qeyd edilib.
Sudeyif İmamverdiyev Heydər Əliyevin siyasi uzaqgörənliyinin, zəngin dövlətçilik təcrübəsinin və xalqına bağlılığının müstəqil Azərbaycanın qorunub saxlanılması və möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Bu siyasi irsin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycanın mühüm tarixi nailiyyətlər əldə etdiyini bildirib.
Vətən müharibəsində əldə olunan Zəfərin xalqımızın milli birliyinin, dövlətimizin gücünün və Azərbaycan Ordusunun qəhrəmanlığının təcəssümü olduğu qeyd edilib. Gənc nəslin milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və Vətənə sədaqət ruhunda yetişdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Daha sonra Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Urxan Ələkbərov çıxış edib.
Urxan Ələkbərov Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindən və Azərbaycanın gələcək inkişaf prioritetlərindən bəhs edib. Güclü dövlətin formalaşmasında iqtisadi potensialla yanaşı, insan kapitalının, elmin, təhsilin və səmərəli idarəetmə sisteminin mühüm rol oynadığını qeyd edib.
Müasir dövrdə dövlət idarəçiliyində peşəkarlıq, məsuliyyət, şəffaflıq və innovativ yanaşmaların əhəmiyyəti vurğulanıb. Azərbaycanın dayanıqlı inkişafı, yaşıl enerji potensialının reallaşdırılması, təbii resurslardan səmərəli istifadə və ekoloji təhlükəsizliyin təmin olunması strateji prioritetlər kimi diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin, Böyük Qayıdış proqramının ölkəmizin gələcək inkişafında mühüm yer tutduğu bildirilib.
Şəhid anası Mehriban xanım Əmraхova çıxışında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın xatirəsinin daim uca tutulmasının vacibliyindən danışıb.
Şəhid anaları üçün övlad itkisinin əvəzolunmaz ağrı olduğu, lakin övladlarının Vətən uğrunda göstərdikləri qəhrəmanlığın böyük qürur mənbəyi olduğu ifadə edilib. Şəhidlərin xatirəsinin yaşadılmasının, onların bizə əmanət qoyduğu müstəqil və suveren dövlətin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğu vurğulanıb.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər və şəhid ailələrinə göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib. Ən böyük arzunun ölkəmizdə daim sülhün və əmin-amanlığın hökm sürməsi, gələcək nəsillərin firavan və təhlükəsiz şəraitdə yaşaması olduğu bildirilib.
Tədbirdə sonuncu çıxış edən Vətən müharibəsi qazisi, ehtiyatda olan gizir Ramin Şirinov 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğunu qeyd edib.
Müharibə günlərində xalqımızın vahid amal ətrafında birləşməsi, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı, arxa cəbhədə nümayiş etdirilən həmrəylik və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi tarixi Qələbənin əsas amilləri kimi diqqətə çatdırılıb.
Ramin Şirinov Vətən uğrunda döyüşməyin, torpaqlarımızın azadlığı naminə mübarizə aparmağın hər bir Azərbaycan vətəndaşı üçün böyük şərəf olduğunu vurğulayıb. Əldə edilmiş tarixi Zəfərin qorunması, müstəqil dövlətimizin daha da gücləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və milli dəyərlərimizin yaşadılmasının vacibliyini qeyd edib.
Tədbirin davamında Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının ictimai-siyasi həyatında fəallığı ilə seçilən üzvlərinə fəxri fərmanlar təqdim olunub. Partiyaya yeni qəbul olunan üzvlərə isə üzvlük vəsiqələri təqdim edilib.
Yeni üzvlərin partiya sıralarına qoşulması münasibətilə təbriklər çatdırılıb, onların ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edəcəklərinə, dövlətçilik prinsiplərinə və milli maraqlara sadiqlik nümayiş etdirəcəklərinə əminlik ifadə olunub.
Daha sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib. Tədbir bədii hissə ilə davam etdirilib.
Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbir Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinə ehtiram, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yoluna diqqət və milli dövlətçilik ənənələrinə sədaqət ruhunda başa çatıb.



























































































