Menu
Xəbər Lenti
Bu yollarda tıxac var
Dünən, 10:05

Bu yollarda tıxac var

03 Noyabr 2026 16:04Manşet / Gündəm / Sosial

İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!

 

3 noyabr 2026-cı il | Bakı, Azərbaycan


 

İnsan Hüquqları Müdafiəsi — Defending Human Rights şirkətinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Yaşar qızı Əliyevanın Milli Məclisdə keçirilən səsvermə nəticəsində səs çoxluğu ilə yenidən bu ali və məsuliyyətli vəzifəyə seçilməsi münasibətilə səmimi təbriklərini çatdırıb.


İsmayıl Zalov Səbinə Əliyevanın yenidən Ombudsman seçilməsini insan hüquqlarının müdafiəsi, vətəndaş müraciətlərinə diqqət və dövlət-vətəndaş münasibətlərində etimad baxımından əlamətdar hadisə kimi qiymətləndirib.


İsmayıl Zalov təbrikində bildirib:


“Hörmətli Səbinə xanım!


Sizi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə yenidən seçilməyiniz münasibətilə öz adımdan və rəhbərlik etdiyim İnsan Hüquqları Müdafiəsi — Defending Human Rights şirkətinin adından ürəkdən təbrik edirəm!


Sizin yenidən bu məsuliyyətli vəzifəyə seçilməyinizə göstərilən etimad, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinizə verilən mühüm qiymətin ifadəsidir.


Fəaliyyətiniz dövründə vətəndaşların hüquq və azadlıqlarına, onların müraciətlərinə, qayğı və problemlərinə diqqət və həssaslıqla yanaşmağınız təqdirəlayiqdir. Xüsusilə İnsan Hüquqları Müdafiəsi — Defending Human Rights şirkətinə göstərdiyiniz diqqət və qayğı, fəaliyyətimizə münasibətdə nümayiş etdirdiyiniz müsbət yanaşma bizim üçün xüsusi əhəmiyyət daşıyır.


İnsan hüquqlarının müdafiəsi yalnız qanunların mövcudluğu ilə deyil, həm də bu hüquqların qorunmasına göstərilən gündəlik diqqət, məsuliyyət, prinsipiallıq və vətəndaş məmnunluğuna xidmət edən fəaliyyətlə ölçülür. Bu baxımdan, Ombudsman təsisatının üzərinə düşən missiya olduqca şərəfli və məsuliyyətlidir.


Əminəm ki, Siz bundan sonra da öz zəngin təcrübəniz, peşəkarlığınız, prinsipial mövqeyiniz və dövlətçilik məsuliyyətinizlə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə layiqli töhfələr verəcəksiniz.


Sizə bu şərəfli fəaliyyətinizdə möhkəm cansağlığı, tükənməz enerji, uğurlar və yeni nailiyyətlər arzulayıram. Qoy hər bir vətəndaşın haqq səsi eşidilsin, hər bir qanuni müraciət diqqətlə araşdırılsın, ədalət və insan ləyaqəti daim üstün tutul­sun!


Yenidən göstərilən etimadınız mübarək olsun!”


AND VƏ MƏSULİYYƏT: İNSAN HÜQUQLARINA SƏDAQƏTİN TƏNTƏNƏSİ


Qeyd edək ki, 3 noyabr 2026-cı il tarixində Milli Məclisin plenar iclasında Ombudsman vəzifəsinə irəli sürülmüş namizədlərin məsələsi müzakirə olunub. Səsvermənin nəticələrinə əsasən, Səbinə Əliyeva deputatların səs çoxluğunu qazanaraq növbəti yeddi il müddətinə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili seçilib.


Yenidən Ombudsman seçildikdən sonra Səbinə Əliyeva parlament kürsüsünə qalxaraq vəzifəsinin icrasına başlamaqla əlaqədar and içib və üzərinə düşən vəzifəni şərəf və ləyaqətlə yerinə yetirəcəyini bəyan edib.


Bu and yalnız vəzifəyə başlamaq mərasimi deyil, eyni zamanda insan hüquqlarının qorunması, qanunçuluğun və vətəndaşların hüquqlarının müdafiəsi qarşısında böyük məsuliyyətin ifadəsidir.


 

İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ ÜMUMİ MƏQSƏDİMİZDİR!


İsmayıl Zalov rəhbərlik etdiyi İnsan Hüquqları Müdafiəsi — Defending Human Rights şirkətinin fəaliyyətində insan hüquq və azadlıqlarının qorunmasını, pozulmuş hüquqların bərpasını, hüquqi maarifləndirməni və vətəndaşlara hüquqi dəstəyin göstərilməsini əsas prioritetlərdən biri hesab edir.


Onun fikrincə, insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən dövlət qurumları və ictimai-hüquqi təşkilatlar arasında qarşılıqlı anlaşma, konstruktiv dialoq və əməkdaşlıq hüquqi maarifləndirmənin inkişafına, vətəndaşların hüquqlarının daha səmərəli müdafiəsinə mühüm töhfə verə bilər.


İsmayıl Zalov Səbinə Əliyevaya göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü ifadə edərək, gələcək fəaliyyətində də uğurlar arzulayıb.


İnsan hüquqları insan ləyaqətinin təminatı, ədalət isə cəmiyyətin mənəvi dayağıdır. Bu ali dəyərlərin qorunması hər birimizin ortaq məsuliyyətidir!


 

Hörmətlə,

İsmayıl ZALOV

İnsan Hüquqları Müdafiəsi — Defending Human Rights şirkətinin rəhbəri

Beynəlxalq hüquq müdafiəçisi

ARHD.MEDIA / ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri