Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
Yemək zamanı telefon istifadəsini qadağan edirlər
İtaliyanın Sardiniya adasındakı 15 restoran uşaqların ekran qarşısında keçirdiyi vaxtı azaltmaq və ailəvi ünsiyyəti bərpa etmək məqsədilə bir aylıq sınaq layihəsinə qoşulub. Layihə çərçivəsində yemək zamanı mobil telefon və digər elektron cihazlardan istifadə məhdudlaşdırılacaq.
“Qafqazinfo” xəbər verir ki, Sardiniya Uşaq Ombudsmanı, yeniyetmələrin işləri üzrə keçmiş hakim Anna Kaunun rəhbərlik etdiyi “A tavola senza schermi” (“Ekransız masada”) adlı təşəbbüs gələn həftədən etibarən start götürür.
Könüllü olaraq layihəyə qoşulan restoranlarda ailələrdən yemək müddətində smartfonlarını kənara qoymaları xahiş olunacaq.
Anna Kau bildirib ki, məqsəd yalnız qadağa tətbiq etmək və ya bütün məsuliyyəti valideynlərin üzərinə yıxmaq deyil: “Cəmiyyət olaraq valideynlərə dəstək olmalı, uşaqların insanlarla canlı ünsiyyət qurmasına şərait yaratmalıyıq. Bu təşəbbüs mürəkkəb bir problemə doğru atılan kiçik, lakin mühüm addımdır”.
Cihazlarını təhvil verən ailələrə restoran personalı tərəfindən xüsusi “yenidən əlaqə dəsti” təqdim olunacaq. İtaliya Pediatrlar Federasiyası tərəfindən hazırlanan bu dəstə müxtəlif stolüstü oyunlar, rəsm materialları və uşaqların valideynləri ilə söhbətə başlamasına kömək edən tapşırıqlar daxildir.
Oyunlar restoranlarda şam və ya nahar yeməyi müddətinə uyğun vaxt çərçivəsində hazırlanıb. Dəstə rəqəmsal asılılığın fəsadlarını izah edən maarifləndirici broşürlər və evdə sosial mediadan istifadəni tənzimləmək üçün tövsiyələr də əlavə olunub.























































