TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
Valideynlərin hansı səhvləri uşaqların gec danışmalarına səbəb olur?
"Ekran qarşısında həddindən artıq vaxt keçirmək, valideynlərin uşağın istəklərini əvvəlcədən yerinə yetirməsi, ailədə zəif ünsiyyət və ortaq oyunların olmaması uşaqlarda nitq inkişafını ləngidə bilər".
Oxu.Az xəbər verir ki, bu fikirləri rusiyalı uşaq nevroloqu Olqa Butenko "İzvestiya" nəşrinə açıqlamasında bildirib.
Mütəxəssis qeyd edib ki, nitq bacarıqları üz-üzə ünsiyyət və ortaq diqqət zamanı formalaşır. Cizgi filmləri və digər ekran məzmunları bu bacarıqları stimullaşdırmır, əksinə, onların inkişafını ləngidə bilər. Xüsusilə üç yaşdan kiçik uşaqlar risk qrupuna daxildirlər, iki yaşdan kiçik uşaqlara isə ümumiyyətlə ekran qarşısında vaxt keçirmək tövsiyə olunmur.
Bu kimi problemlərin qarşısını almaq üçün valideynlər uşağın müraciəti olmadan onun istəklərini dərhal yerinə yetirməməli, gündəlik hərəkətləri sadə ifadələrlə şərh etməli, sözləri aydın və emosional şəkildə tələffüz etməli, eyni zamanda uşağa cavab verməsi üçün vaxt ayırmalıdırlar.
Butenkonun sözlərinə görə, nitq inkişafını ləngidə biləcək digər amillər arasında davamlı gərginlik, sözlərin təhrif edilərək deyilməsi və ortaq oyunların olmaması da yer alır.
Mütəxəssis əlavə edib ki, təxminən bir yaşında uşağın barmaqla işarə etməməsi, iki yaşına qədər sözləri anlamaması kimi hallar xəbərdaredici əlamət hesab olunur.






















































