Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

25 Oktyabr 2026 13:11Manşet / Gündəm / Dünya

Bolqarıstanda prezident seçkiləri keçirilir

 

Bolqarıstanda dövlət başçısı və vitse-prezidenti seçmək üçün səsvermə başlayıb. 6,5 milyon seçicinin olduğu ölkədə 27 namizəd cütlüyü mübarizə aparır.

“Qafqazinfo” xəbər verir ki, xaricdə yaşayan vətəndaşlar üçün 60 ölkədə 613 seçki məntəqəsi açılıb.

Bolqarıstan diasporunun ən sıx məskunlaşdığı Türkiyədə 78, Böyük Britaniyada 82, Almaniyada 70 məntəqə fəaliyyət göstərir. Səsvermə saat 07:00-dan 20:00-dək (lazım gələrsə 21:00-dək) davam edəcək.

Rəy sorğularına görə, əsas mübarizə hazırkı prezident İlyana Yotova (43,4%) və keçmiş baş nazir Andrey Qyurov (28,9%) arasında gedir. İlk turda mütləq əksəriyyət qazanılmazsa, qalib noyabrın 1-də keçiriləcək ikinci turda müəyyənləşəcək.

Baş nazir Rumen Radev vətəndaşları fəal olmağa çağıraraq dövlət idarəçiliyinin təcrübəsiz şəxslərə tapşırıla bilməyəcəyini və sülh naminə İlyana Yotovaya səs verəcəklərini bəyan edib.