Menu
Xəbər Lenti
69 ölkədən tarixi qərar
16-10-2026, 08:31

69 ölkədən tarixi qərar

19 Oktyabr 2026 10:16Manşet / Kriminal

Əsgərin ölümünə görə 2 nəfər həbs edildi

 

Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir.

Xatırladaq ki, Lənkəran şəhərindən olan əsgər Orxan Şabanov 1 il 3 ay hərbi xidmət keçdikdən sonra oktyabrın 13-ü xidmət etdiyi hərbi hissədə aldığı güllə yarasından həlak olub. O, oktyabrın 14-ü Lənkəran şəhərindəki qəbiristanlıqda dəfn edilib.