Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
Səyyar Gənclər Xidməti bu dəfə Kürdəmir gəncləri üçün fəaliyyət göstərib
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Səyyar Gənclər Xidməti"layihəsi 5-9 oktyabr tarixlərində Kürdəmirdə fəaliyyət göstərərək gənclərə müxtəlif istiqamətlər üzrə xidmətlər təqdim edib.
Bu il "Gənclərlə, gənclər üçün" devizi altında reallaşdırılan layihənin əsas məqsədi dövlət gənclər siyasəti çərçivəsində formalaşdırılmış imkan və xidmətlərin, xüsusilə məşğulluq, innovasiya və rəqəmsallaşma istiqamətində həyata keçirilən təşəbbüslərin regionlarda yaşayan gənclər üçün daha əlçatan olmasına töhfə vermək olub.
Layihənin Kürdəmirdə baş tutan açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin yad edilməsi ilə başlayıb. Rəsmi hissədə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısının müavini Ağali Kərimli və Gənclərin İnkişaf və Karyera Mərkəzinin şöbə müdiri Aqil Quliyev çıxış edərək layihənin gənclər üçün şəxsi inkişaf və karyera planlamasına yönəlik imkanların genişləndirilməsi, onların ictimai fəallığının artırılması baxımından əhəmiyyətini haqqında öz fikirlərini bölüşüblər.
Səyyar Gənclər Xidmətinin Kürdəmirdəki beş günlük zəngin proqramı çərçivəsində "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonaları iştirakçıların böyük marağına səbəb olub. Gənclər bu zonalarda təşkil olunan vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklər əldə edib, həm də praktiki bacarıqlarını inkişaf etdiriblər.
Eyni zamanda həftəboyu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən mütəmadi olaraq maarifləndirici sessiyalar, Kürdəmir Peşə Liseyi tərəfindən isə sərgi təşkil edilib. Peşəkar mütəxəssislərin təqdimatında keçirilən təlimlər zamanı isə iştirakçılar ixtisas seçimi, karyera planlaşdırılması, şəxsi inkişaf, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və sağlam həyat tərzi ilə bağlı mövzular ətrafında maraqlı müzakirələr aparıblar.
Qeyd edək ki, noyabr ayınadək ümumilikdə ölkənin 20 şəhər və rayonunda 8 mindən çox gənci əhatə edəcək olan layihə bugünədək Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Xızı, Lənkəran, Astara, Lerik, Yardımlı və Salyanda uğurla icra edilib.
























































