Menu
Xəbər Lenti
FHN təlim keçirdi - Video
21-11-2026, 12:03

FHN təlim keçirdi - Video

Prezident rəsmi qarşılandı
21-11-2026, 11:13

Prezident rəsmi qarşılandı

29 Sentyabr 2026 11:37Manşet / Gündəm / Kriminal

Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...

 

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışovun ölüm səbəbi məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 26-sı gecə saat 01 radələrində Qobustan qəsəbəsində baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü İlkin Bayram oğlu Baxışov yaşadığı evdə şüşəni yumruqla sındırması nəticəsində qol nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda vəfat edib.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərib və 2 ay əvvəl Vətənə qayıdıbmış.

Faktla bağlı araşdırma aparılır.