Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
“Hamını Bakıdakı xəstəxanalara toplamaqla böyük növbə yaratmağa ehtiyac yoxdur”
“İcbari tibbi sığortanın tətbiqi ilə bağlı regionlarda bəzi problemlərlə qarşılaşırıq. Nə TƏBİB-dən, nə icbari tibbi sığortadan, nə də aidiyyəti qurumdan müsbət cavablar ala bilirik”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Gəncə şəhərində bəzi cərrahiyyə əməliyyatlarının dövlət xəstəxanalarında həyata keçirilməsi mümkün deyil. Deyirlər ki, Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir. Dövlət xəstəxanalarından imtina cavabı aldıqdan sonra vətəndaş Gəncədə yerləşən və icbari tibbi sığorta çərçivəsində əməliyyat həyata keçirə bilən özəl xəstəxanalara müraciət edə bilmir.
Məncə, aidiyyəti qurumlar bu problemin həlli ilə bağlı da çıxış yolu tapmalıdırlar. Hamını Bakıdakı xəstəxanalara toplamaqla böyük növbə yaratmağa ehtiyac yoxdur. Bakıdakı tibbi xidmətləri və imkanları digər böyük şəhər və rayonlara da köçürmək və ya regionlardakı ixtisaslı özəl xəstəxanalara dəstək olmaq lazımdır. Əks təqdirdə, regionlarda özəl xəstəxanalarda çalışan həkimlərin də Bakıya axın edəcəklərini görəcəyik”, - deputat əlavə edib.
Nuranə Daxilqızı






















































