“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu
Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) bölüyünün ön əməliyyat bazasında icra olunan fəaliyyətlərlə tanış olub.
“Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova hərbi polisin fəaliyyəti, ön əməliyyat bazası və qoşun xidmətinin təşkili barədə məruzə edib.
Bildirilib ki, ƏİK bazasında icra olunan tədbirlər NATO-nun müvafiq standartlarına uyğunlaşdırılıb və sülhməramlı əməliyyatlarda qarşılıqlı fəaliyyət qabiliyyətinin təmin edilməsinə yönəldilib.
Bölmənin ərazisində yaradılan şəraitlə tanış olan rəhbər heyət yataqxanaya, idman və atəş şəhərciklərinə, mühəndis, kəşfiyyat və sürücülük hazırlıqları üzrə təlim mərkəzlərinə, eləcə də hərbi texnikaya baxış keçirib.
Sonra nazirliyin rəhbər heyəti cari ilin oktyabr ayında keçirilməsi planlaşdırılan NATO-nun ƏİK Qiymətləndirmə və Rəy proqramı çərçivəsində birincisəviyyəli Özünü Qiymətləndirmə Təliminə hazırlıq üzrə döyüş hazırlığı prosesini izləyib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov hərbi qulluqçuların döyüş hazırlığının, eləcə də maddi-texniki təminatının və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub, bölmənin ərazisində xatirə ağacları əkilib.

































































