VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir
Sentyabrın 18-də Xətai Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “20 sentyabr – Dövlət Suverenliyi Günü” nə həsr olunmuş “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə, Mixael Zabelin, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xalq Artisti, şəhid atası Əli Nur, rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, şəhid ailələri və qazilər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, ölkəmizdə hər il 20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Sentyabrın 20-də həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyinin bərpası təmin edilib. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı sərəncamla sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü elan edilib. Bu gün ölkənin müasir tarixində dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpasını ifadə edən əlamətdar tarix kimi qeyd olunur və milli dövlətçilik ənənələrinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Həmçinin çıxışlarda şəhidlərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdikləri qəhrəmanlıqdan, qazilərin fədakarlığından bəhs edilib. Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının əhəmiyyəti vurğulanıb.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri Vətən müharibəsində və Azərbaycanın suverenliyinin bərpası uğrunda şəhid olan övladlarının əziz xatirəsinin daim uca tutulduğunu qeyd ediblər. Onlar şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda tanınmış incəsənət ustalarının ifasında musiqi nömrələri səsləndirilib və şəhid ailələrinə hədiyyələr təqdim olunub.






































































