“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Evini təmizləyərkən peçenye qutusunda sərvət tapdı
İngiltərədə ərinin ölümündən sonra evini təmizləyən dul qadın köhnə peçenye qutusunda dəyəri 113 min funt-sterlinqdən (təxminən 259 min manat) çox olan qızıl sikkələr tapıb.
“Qafqazinfo”nun xəbərinə görə, məlum olub ki, qadının mərhum əri 1970-ci illərdəki iqtisadi böhran zamanı qızıl sikkələr alıb və bu sərmayə barədə heç kimə məlumat verməyib.
Təxminən 50 il saxlanılan qutuda 41 Cənubi Afrika qızıl Krüqerrand sikkəsi və Böyük Britaniyanın Kral Zərbxanası tərəfindən buraxılan 21 qızıl suveren (gold sovereign) olub. Hərracda Krüqerrandlar 100 min funt-sterlinqə, Britaniya suverenləri isə 13 min funt-sterlinqə satılıb.
Penzans şəhərində fəaliyyət göstərən “Lay's Auctioneers” şirkətinin nümayəndəsi Devid Ley bildirib ki, qadının evindəki əşyaları araşdırarkən emalatxanada kifayət qədər ağır peçenye qutusu diqqətini çəkib.
Mütəxəssislər qutunu açdıqda gümüş sikkələrin altında xüsusi qablaşdırmada gizlədilmiş qızıl sikkələri və onların orijinal fakturalarını aşkar ediblər.
Qeyd olunub ki, 1975-ci ildə investor hər sikkə üçün 70-80 funt-sterlinq ödəyib. O dövrdə yüksək inflyasiya və fond bazarı ilə bağlı narahatlıqlar səbəbindən qızılı daha etibarlı investisiya vasitəsi kimi seçib.























































