Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
İş üzrə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunda baş məsləhətçi İsa Şəmsəliyev və icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Rəşad Nadirli mühakimə edilib. Onlardan yalnız Q.Abdullayev həbsdə olub.
Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxslər cinayət baş verən dövrdə rayon icra hakimiyyətinin başçısı işləmiş Süleyman Mikayılovun qərarlarına qanunsuz təsir edərək müxtəlif şəxslərə pul qarşılığında işlər görməyə icazə veriblər.
Zərərçəkmiş şəxslər əsasən ev tikmək məqsədilə torpaq sahəsinə yerləşmə cizgisinin təsdiqlənməsi üçün müraciət ediblər. Onlar 3, 5, 6 min manat pul verdikdən sonra torpaq sahəsinə icra başçısı tərəfindən təsdiqlənmiş sənəd alıblar.

İş materiallarından görünür ki, qanunsuz fəaliyyətlərdə əsas rol oynayan təsərrüfat şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev olub. Məhkəmədə onun Süleyman Mikayılovun uşaqlıq dostu olduğu da üzə çıxıb. İcra başçısı bir çox işləri həll etməyi də məhz ona həvalə edib.
Məhkəmə yekunda təqsirləndirilən şəxslərin üçünü də nüfuz alveri cinayətində təqsirli bilib. Hökmə əsasən, Qafar Abdullayev 1 il 3 ay həbs, İsa Şəmsəliyev 10 min, Rəşad Nadirli isə 9500 manat cərimə cəzasına məhkum edilib.
Qeyd edək ki, cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Bu əməliyyatdan sonra S. Mikayılov vəzifəsindən azad edilib, o, saytımıza açıqlamasında sözügedən cinayət işi ilə bağlı istintaqa cəlb edilmədiyini bildirmişdi.
Sail Ağasəlim























































