Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Parlamentdən də istefa verdi
Böyük Britaniyanın keçmiş Baş naziri Kir Starmer 11 ildir tutduğu parlament üzvlüyündən də istefa verib.
“Qafqazinfo” xəbər verir ki, Starmer “X” hesabında paylaşım edərək Londondakı Holborn və Sent-Pankras seçki dairəsindən parlament üzvü vəzifəsini bu gündən etibarən tərk etdiyini açıqlayıb.
Keçmiş Baş nazir bildirib ki, 11 ildən sonra parlament fəaliyyətindən ayrılaraq beynəlxalq münasibətlər və müdafiə, eləcə də, qadın və uşaqlara qarşı zorakılıqla mübarizə məsələlərinə diqqət yetirmək istəyir.
Starmer Holborn və Sent-Pankras bölgəsində yerli məsələlərlə bağlı əldə etdiyi nəticələrlə qürur duyduğunu qeyd edib.
O, Baş nazir olduğu dövr də daxil olmaqla, siyasi fəaliyyətinin bütün mərhələlərində Leyboristlər Partiyasının və könüllülərin dəstəyini hiss etdiyini bildirib. Starmer onun yerinə keçiriləcək seçkidə Leyboristlər Partiyasının namizədini tam dəstəkləyəcəyini vurğulayıb.
Qeyd edək ki, Starmer iyulun 20-də Baş nazir vəzifəsindən istefa verib. Həmin gün Böyük Britaniya Kralı III Çarlz Makerfild millət vəkili və Mançesterin keçmiş meri Endi Börnhemə hökumət qurmaq tapşırığı verib və o, ölkənin yeni Baş naziri olub.























































