Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Bu tarakan bir gün həyatınızı xilas edə bilər
Avstraliyada tədqiqatçılar fəlakət bölgələrində axtarış-xilasetmə əməliyyatlarına kömək edə biləcək kiborq tarakanlar hazırlayıblar. Miniatür kameralar və tibbi injektorlarla təchiz edilən həşəratların dağıntılar və mağaralar kimi insanların və xilasetmə qruplarının çətinliklə çata bildiyi dar məkanlarda istifadə edilməsi planlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, layihə Kvinslend Universiteti və Yeni Cənubi Uels Universitetinin mühəndislərinin əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Tədqiqatçılar Avstraliyaya məxsus nəhəng qazma tarakanından (Macropanestia rhinoceros) istifadə edərək onun üzərinə yüngül elektron avadanlıqlar, kamera və uzaqdan idarə olunan avtomatlaşdırılmış injektor sistemi yerləşdiriblər.
Kvinslend Universitetinin biorobototexnika mühəndisi Tanq Vo-Doan bildirib ki, texnologiya kiborq həşəratlarını sadəcə mobil sensorlardan ilkin müdaxilə vasitələrinə çevirə bilər. Onun sözlərinə görə, mühüm tibbi qərarlar isə tamamilə insan nəzarətində qalacaq.
Konsepsiyanın sınaqları zamanı kiborq tarakanlar yaxın məsafədən inyeksiya tapşırıqlarında 95 faiz uğur göstərib. Naviqasiya və inyeksiya da daxil olmaqla, bütün proses üzrə ümumi uğur göstəricisi isə 72 faiz olub.
Tədqiqatçılar bildiriblər ki, elektron avadanlıqların və mikroçiplərin yerləşdirilməsi zamanı anesteziya edilən həşəratlar sistemlər çıxarıldıqdan sonra normal həyat fəaliyyətlərinə davam edə biliblər.
Bildirilir ki, bu texnologiya gələcəkdə insanların daxil ola bilmədiyi təhlükəli ərazilərdə axtarış-xilasetmə qrupları üçün mühüm vasitəyə çevrilə bilər. Onların proqnozuna görə, 5-10 il ərzində kiborq həşərat dəstələrinin real fəlakət bölgələrində istifadəsi mümkün ola bilər.























































