Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA VİDEO
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Nazirlikdən Laçındakı “Simurq” kitabxanasının bağlanması ilə bağlı - Açıqlama
“Bəzi insanlarda Laçındakı “Simurq” kitabxanası ilə bağlı müəyyən çaşqınlıq yaranıb. Sanki söhbət dövlətin açdığı kitabxanadan gedir. Amma əslində bu, özəl şəkildə yaradılmış kitabxanadır”.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov naşirlər və yazarlarla görüş zamanı deyib.
“Biz dövlət qurumu olaraq təbii ki, belə təşəbbüsləri və fəaliyyətləri dəstəkləyirik. Bu dəstək çərçivəsində “Simurq” kitabxanasının bütün kitab fondu Mədəniyyət Nazirliyi tərəfindən təmin edilib. Mədəniyyət Nazirliyinin özəl kitabxanalarla münasibətdə qanunvericiliyin imkan verdiyi dəstək mexanizmlərindən biri kitabxana fondunun zənginləşdirilməsidir. Biz “Simurq” kitabxanası – kitabxanamı deyək, kitab köşkümü, kitab rəfimi deyək – açıldığı gündən maksimum dərəcədə dəstək göstərmişik. “Simurq” adlı kitabxana ilə bağlı məsələni də bütün bu proseslərin ümumi mənzərəsi fonunda düzgün təhlil etmək lazımdır”, - nazir müavini bildirib.
Qeyd edək ki, 2 il əvvəl Bakı Abadlıq Xidmətinin nəzdində yaradılan kitabxana ötən həftədən fəaliyyətini dayandırıb. Xidmətdən bildirilib ki, kitabxananın yaradılmasına və uzun müddət fəaliyyət göstərməsinə dəstək verməklə bu təşəbbüslə bağlı üzərinə düşəni yerinə yetiriblər. Bundan sonrakı mərhələdə kitabxananın fəaliyyətinin davam etdirilməsi və ya fondunun harada saxlanılması isə artıq aidiyyəti dövlət qurumlarının səlahiyyətində olan məsələdir.























































