Menu
Xəbər Lenti
ZAHİD HƏBİBOĞLU — 55
10-10-2026, 11:50

ZAHİD HƏBİBOĞLU — 55

“Azeri Light” ucuzlaşdı
10-10-2026, 11:32

“Azeri Light” ucuzlaşdı

Neftimiz bahalaşdı
8-10-2026, 10:30

Neftimiz bahalaşdı

09 Avqust 2026 11:45Manşet / Dünya

“Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski

 

“Ukrayna Donbas (Donetsk və Luqansk vilayətləri – red.) ərazisini tərk etmək niyyətində deyil”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında yayımladığı müsahibəsində bildirib.

“Heç kim öz dövlətini, öz insanlarını və torpağını atıb çıxıb gedən deyil”, – deyə Ukrayna lideri vurğulayıb.

Avqustun 7-də Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KMİS) keçirdiyi sorğunun nəticələrinə əsasən, Ukrayna əhalisinin əksəriyyəti Vaşinqton və Avropanın təhlükəsizlik zəmanətləri müqabilində Silahlı Qüvvələrin Donbasdan çıxarılmasının əleyhinədir.

Tədqiqata görə, respondentlərin 60%-i təhlükəsizlik zəmanətləri qarşılığında Ukrayna qoşunlarının Donbasın nəzarətdə olan hissəsindən geri çəkilməsini qətiyyən qəbulolunmaz hesab edir. Sorğuda iştirak edənlərin 33%-i bu şərtlərlə razılaşdığını, 7%-i isə mövqeyini bildirməkdə çətinlik çəkdiyini qeyd edib.