26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
“Məqsəd həkimləri cəzalandırmaq deyil...”
“Son dövrlərdə həkimlərin sertifkasiyası sistemi ilə bağlı həyata keçirilən dəyişikliklər və qanunvericilik təşəbbüsləri səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsinə hesablanmış mühüm addımlardır. Xüsusilə illik 50 kredit balını toplamayan tibb işçiləri üçün nəzərdə tutulan qiymətləndirmə mexanizminin açıq, şəffaf və elmi əsaslara söykənməsi olduqca vacibdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu həkim-deputat Rəşad Mahmudov sosial şəbəkə hesabında bildirib.
Deputat qeyd edib ki, sertifikasiya imtahanı üçün hazırlanacaq sual bankının hər kəs üçün açıq olması, düzgün cavabların və onların akademik izahlarının təqdim edilməsi tibb ictimaiyyətinin uzun illər gözlədiyi ən mühüm yeniliklərdəndir.
“Bu yanaşma imtahanı qorxu vasitəsindən öyrənmə və inkişaf platformasına çevirəcək. Eyni zamanda, sualların dünya tibbində qəbul olunmuş, sübutlara əsaslanan elmi mənbələr üzərində qurulması həm imtahanın obyektivliyini təmin edəcək, həm də həkimlərin davamlı peşəkar inkişafını stimullaşdıracaq.
Millət vəkili olaraq hesab edirəm ki, səhiyyədə peşəkarlığın qiymətləndirilməsi üçün belə nəzarət mexanizmləri mütləq olmalıdır. Lakin səhiyyə naziri Teymur Musayevin də vurğuladığı kimi, məqsəd heç vaxt həkimləri cəzalandırmaq deyil, onları daha çox öyrənməyə həvəsləndirmək, bilik və bacarıqlarının davamlı inkişafını təşviq etmək və nəticədə vətəndaşlarımızın daha təhlükəsiz, daha keyfiyyətli tibbi xidmət almasını təmin etməkdir.
Əminəm ki, şəffaf, elmi əsaslara söykənən və hər kəs üçün əlçatan olan sertifikasiya sistemi həm tibb işçilərinin peşəkarlığının yüksəlməsinə, həm də cəmiyyətin səhiyyə sisteminə olan etimadının daha da güclənməsinə mühüm töhfə verəcək”, - parlamentari vurğulayıb.























































