ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
“20 Yanvar”dakı kafedən idarə edilən dəstə - Milyonlar mənimsəyib
Azərbaycanda cinayətkar dəstə halında birləşən bir qrup şəxs dövlət portalı vasitəsilə milyonlarla vəsaiti leqallaşdırmaqda ittiham olunur.
“Qafqazinfo” xəbər verir ki, iri epizodlu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baxılır.
Prokurorluqda aparılan ibtidai istintaqla müəyyən edilib ki, Çingiz Cəfərli, Azad Rəsulov, Şahin Mustafayev, Emin Hacıyev, Məhərrəm Hüseynov, Tural Qədirov, Anar Əhmədov, Vüsal Osmanov, Bəxtiyar Məmmədov, Xəyyam Hacıyev və Tərxan Şirinov yalançı sahibkarlıq subyektləri təsis etməklə 42 milyon manata yaxın vəsaiti leqallaşdırıblar.
Dəstə üzvlərinin başçısı və fəaliyyətini vahid mərkəzdən idarə edən Çingiz Cəfərli olub. O və istintaqla şəxsiyyətləri müəyyən edilməyən qeyriləri 2021-2024-cü illər ərzində yalançı sahibkarlıq subyektləri olan hüquqi şəxsin və müəssisə kimi fəaliyyət göstərən fiziki şəxslərin faktiki rəhbərləri kimi qeydiyyatdan keçib. Onlar vəzifəli şəxs kimi müəyyən olunmayan ünvanlarda, vaxtlarda və texniki vasitələrlə Dövlət Vergi Xidmətinin veb səhifəsinə giriş edərək saxta əməliyyatlar aparıblar.
Dəstə üzvləri dövlət platforması olan Dövlət Vergi Xidmətinin “www.e-taxes.gov.az” rəsmi internet səhifəsində guya malların real alqı-satqısı, xidmət göstərilməsi və iş görülməsi əməliyyatlarının aparılmasına dair 1 419 sayda saxta elektron qaimə-fakturalar, bildirişlər, müqavilələr, təhvil-təslim aktları və digər sənədlər tərtib edib informasiya resurslarına və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mütəşəkkil dəstə tərkibində vəzifə saxtakarlığı törədiblər.
.jpg)
Bununla da dəstə üzvləri tərəfindən əmlakın həqiqi xarakterinin, yerinin, onlara sərəncam verilməsinin, onların əmlaka olan hüquqların və onların kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə ümumilikdə 41 818 630.21 manat məbləğində maliyyə vəsaiti müxtəlif əqdlər həyata keçirilməklə leqallaşdırılıb.
Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 178.4 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən dələduzluq), 193.3.1, 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham irəli sürülüb.
İş materiallarında yazılıb ki, Çingiz Cəfərlinin başçılıq etdiyi dəstə bütün prosesləri metronun “20 Yanvar” stansiyası ətrafında yerləşən və özlərinin nəzarətində olan yeməkxanadan idarə edib.
İş üzrə onlarla zərərçəkmiş var. Maraqlıdır ki, onların əksəriyyəti maddi ehtiyacı olan şəxsləri, tələbələr, təqaüdçülər, hətta narkotik asılılığı olan şəxslərdir.
Cinayətkar qrup işə düzəltmək adı ilə onların adına olan “Asan İmza”lardan istifadə etməklə yüzlərlə şirkət açaraq milyonlarla manat vəsaiti nağdlaşdırma məqsədilə istifadə edib, əvəzində isə aztəminatlı şəxslərə qısa müddət cüzi maaş ödəyib. Nəzərdə tutulan məqsədə çatdıqdan sonra isə həmin şəxslərin telefon zənglərinə cavab verilməyib.
Əslində bu şirkətlərin sayının 5-8 min arasında olduğu ehtimal edilsə də, istintaq orqanı onların bir qismini müəyyən edə bilib. Zərərçəkənlər müxtəlif şirkətlərin sahibi və ya direktoru olduqlarını yalnız istintaqa çağırılanda biliblər.
İş üzrə baxış iclası iyulun 31-i keçiriləcək.
Sail Ağasəlim























































