“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Taxıl sahələrinin 86 faizində biçin yekunlaşıb
Respublikada taxıl biçini yekun mərhələyə keçib.
Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahdan “Qafqazinfo”ya verilən məlumata görə, bu gün ölkə üzrə payızlıq taxıl sahələrinin 86 faizində biçin başa çatıb.
Mövsüm ərzində 827 625 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 877 903 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,8 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 sent/ha çoxdur.
İndiyədək mexanizatorlar tərəfindən 365 154 hektar buğda, 462 471 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 371 200 ton buğda, 1 506 703 ton arpa yığılıb. Buğda sahələrinin 79,4 faizində, arpa sahələrinin isə 92,1 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 37,6 sent/ha, arpa üzrə isə 32,6 sent/ha təşkil edir.
Artıq 17 rayonda - Ucar, Ağdaş, Bərdə, Biləsuvar, Cəlilabad, Kürdəmir, Yevlax, Lənkəran, Masallı, Neftçala, Sabirabad, Salyan, Naftalan, Göyçay, Tərtər, Kəlbəcər və Şuşada biçin tam yekunlaşıb, respublikanın 16 rayonunda - Ağsu, Ağdam, Ağcabədi, Ağstafa, Astara, Balakən, Beyləqan, Goranboy, İmişli, Qazax, Qəbələ, Zərdab, Saatlı, Samux, Siyəzən, Şəki rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.
Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.























































