... O, hər kəsin şairi idi, uşaqların, gənclərin, böyüklərin qəlbinə yol tapan incə qəlbli söz sərrafı idi...
"Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
Elşad Abbasov – sosial məsuliyyəti, xeyriyyəçiliyi və milli dəyərlərə bağlılığı ilə seçilən nüfuzlu rəhbər
Turistlər aldadılır? – Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
Sahələrdən 2 milyon tondan çox taxıl yığılıb
Taxıl sahələrində biçin prosesi davam edir. Kənd Təsərrüfatı Nazirliyi taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, iyunun 4-dək ölkə üzrə taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb.
Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, mexanizatorlar tərəfindən 635 646 hektar sahədə biçin aparılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 30844 hektar artıqdır.
Arpa sahələrinin 86,4 faizində, buğda sahələrinin isə 45,7 faizində biçin tam yekunlaşıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,7 sent/ha, buğda üzrə isə 31,9 sent/ha təşkil edir.
Zəmilərdən bugünədək 2 025 070 ton məhsul yığılıb, yığılan məhsulun 1 089 912 tonu arpa, 935 158 tonu buğdadır.
Hazırda biçin prosesində 1576 kombayn iştirak edir. Bunlardan 633-ü “Aqroservis” ASC-nin, 943-ü isə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır.
Respublikada biçin prosesinin optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

























































