Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 16-da ölkəmizdə rəsmi səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan ilə Fələstin arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub, beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.
Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb.
Azərbaycanın Fələstin dövlətinə və xalqına ardıcıl siyasi dəstəyinə, humanitar yardımlarına, həmçinin təhsil və digər sahələrdə həyata keçirilən təşəbbüslərə görə minnətdarlıq ifadə olunub.
Görüş zamanı Azərbaycan ilə Fələstin arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.
























































