Menu
Xəbər Lenti
FHN daha bir təlim keçirdi
9-07-2026, 12:32

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 14:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 13:58

Bəzi rayonlarda leysandır

11 İyul 2026 14:21Manşet / Gündəm / Mədəniyyət

Hər kəs öz hekayəsinin qəhrəmanıdır! – Dünya səhnəsini riqqətə gətirən Azərbaycan istedadı Zakir Bədəloğlunun uğur yolu

 

Salam, dünya səhnəsi!

 

Həyatda elə insanlar var ki, onların uğur hekayəsi təkcə şəxsi nailiyyətlərlə məhdudlaşmır. Onların qazandığı hər bir qələbə bütöv bir xalqın qüruruna çevrilir, yeni nəslə ümid verir və gələcəyə inam yaradır. Belə gənclər sübut edirlər ki, əsl istedad zəhmət, məqsədyönlülük və iradə ilə birləşdikdə dünyanın ən böyük səhnələrində belə söz sahibi olmaq mümkündür.


Məhz belə gənclərdən biri də Vətən Azərbaycanın istedadlı övladı, Şəmkir rayonunun yetirməsi Zakir Bədəloğludur. O, yaşının az olmasına baxmayaraq, əldə etdiyi möhtəşəm nailiyyətlərlə artıq dünya musiqi ictimaiyyətinin diqqətini cəlb etməyi bacarıb. Zakirin qazandığı uğurlar göstərir ki, Azərbaycan gəncləri yalnız elm, idman və texnologiya sahəsində deyil, musiqi sənətində də beynəlxalq arenada ən yüksək zirvələri fəth etmək gücünə malikdirlər.


Deyirlər ki, musiqi sərhəd tanımayan bir dildir. O, milliyyətindən, dilindən və dinindən asılı olmayaraq insanların qəlbinə yol tapır. Məhz bu dil vasitəsilə Zakir Bədəloğlu dünyanın müxtəlif ölkələrindən olan peşəkar münsifləri və tamaşaçıları öz istedadına heyran qoymağı bacarıb. Onun fortepianoda nümayiş etdirdiyi yüksək peşəkarlıq, əsərləri dərin hiss və incə zövqlə ifa etməsi hər kəsdə böyük rəğbət doğurub.


Bu uğurun başlanğıcı İstanbul şəhərində keçirilən beynəlxalq müsabiqədən başladı. Zakir burada parlaq çıxışı ilə seçilərək Londonda təşkil olunan "Golden Time Talent – World Talent Awards 2026" beynəlxalq final mərhələsinə vəsiqə qazandı. Bu isə artıq onun dünya səviyyəli bir yarışın iştirakçısına çevrildiyini göstərirdi.


Londonda keçirilən final mərhələsi dünyanın 76-dan çox ölkəsindən gəlmiş ən istedadlı gəncləri bir araya gətirmişdi. Belə nüfuzlu bir müsabiqədə qalib olmaq hər musiqiçiyə nəsib olmur. Burada yalnız yüksək peşəkarlıq, səhnə mədəniyyəti, musiqi duyumu və illərlə formalaşan zəhmət öz sözünü deyə bilərdi.


Zakir Bədəloğlu məhz bu keyfiyyətləri ilə seçildi. O, 11–14 yaş kateqoriyasında fortepiano ifası üzrə nümayiş etdirdiyi möhtəşəm performansla bütün rəqiblərini geridə qoyaraq birinci yerə layiq görüldü. Bununla yanaşı, ona müsabiqənin ən nüfuzlu mükafatlarından biri hesab edilən "Award of Excellence" – "Mükəmməllik Mükafatı" təqdim olundu.


Bu mükafat sadəcə diplom və ya kubok deyil. Bu, gənc bir musiqiçinin dünya səviyyəsində peşəkarlığının, istedadının və zəhmətinin beynəlxalq münsiflər tərəfindən yüksək qiymətləndirilməsinin rəsmi təsdiqidir. Musiqi sərhəd tanımır, yetər ki, ruhları və qəlbləri oxşasın…


Əlbəttə ki, heç bir uğur təsadüf nəticəsində əldə olunmur. Hər böyük nailiyyətin arxasında uzun illərin zəhməti, fədakarlığı və yorulmadan çalışmağı dayanır. Zakir Bədəloğlunun uğuru da məhz belə bir yolun nəticəsidir.


Musiqi insanın daxili aləmini zənginləşdirən, onun hisslərini cilalayan müqəddəs sənətdir. Bu sənətdə zirvəyə yüksəlmək üçün yalnız fitri istedad kifayət etmir. Bunun üçün hər gün məşq etmək, daim öyrənmək, öz üzərində çalışmaq və heç vaxt dayanmaq olmaz. Zakir bu prinsipləri həyatının ayrılmaz hissəsinə çevirərək uğur pillələrini inamla qalxmağı bacarıb.


Onun ifasında dinləyicilər yalnız notların səslənməsini deyil, eyni zamanda qəlbin səsini eşidirlər. Məhz buna görə də beynəlxalq münsiflər heyəti onun çıxışını yüksək qiymətləndirərək dünya birinciliyinə layiq görüblər.


Zakir Bədəloğlu yalnız uğurlu pianoçu deyil. O, həm də təhsilində fərqlənən, nizam-intizamı, məsuliyyəti və yüksək mədəniyyəti ilə seçilən nümunəvi bir məktəblidir. Bu isə onu göstərir ki, elm və incəsənət bir-birini tamamlayan iki mühüm dəyərdir.


Belə gənclər gələcəyin ziyalıları, alimləri, sənət adamları və ölkənin inkişafına töhfə verəcək vətəndaşları kimi formalaşırlar. Onların hər bir uğuru Azərbaycanın gələcəyinə qoyulan ən qiymətli sərmayələrdən biridir.


Şəmkir rayonu hər zaman elmə, mədəniyyətə və incəsənətə böyük töhfələr vermiş insanların vətəni olub. Bu torpağın yetirdiyi ziyalılar, sənətkarlar və elm adamları Azərbaycanın inkişaf tarixində mühüm iz qoyublar. Zakir Bədəloğlu da həmin ənənəni uğurla davam etdirən gənc nəslin parlaq nümayəndələrindəndir.


O, eyni zamanda Şəmkirdə böyük hörmət qazanan Zakir həkimin nəvəsi kimi tanınır. Ailəsinin mənəvi dəyərləri, tərbiyəsi və dəstəyi onun şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayıb. Valideyn sevgisi, müəllimlərin zəhməti və ailənin inamı istedadın inkişafında əvəzsiz amillərdir.


Bu gün dünya ölkələri arasında rəqabət yalnız iqtisadiyyat və texnologiya sahəsində deyil, elm, təhsil və mədəniyyət sahəsində də davam edir. Belə bir dövrdə Azərbaycanın gənclərinin beynəlxalq yarışlarda qazandığı uğurlar ölkəmizin intellektual potensialının və mədəni zənginliyinin göstəricisidir.


Zakirin Londonda qazandığı qələbə də məhz belə uğurlardandır. Azərbaycan bayrağının beynəlxalq səhnədə qürurla dalğalanması, ölkəmizin adının qaliblər sırasında səsləndirilməsi hər bir azərbaycanlı üçün böyük sevinc və fəxr hissidir.


Bu cür qələbələr gənclərə göstərir ki, məqsəd böyük olduqda məsafələrin heç bir əhəmiyyəti yoxdur. İstedad, zəhmət və əzm insanı dünyanın istənilən nöqtəsində zirvəyə yüksəldə bilər.


"Hər kəs öz hekayəsinin qəhrəmanıdır" ifadəsi Zakir Bədəloğlunun həyat yoluna tam uyğun gəlir. O, öz zəhməti ilə yazdığı uğur hekayəsinin qəhrəmanına çevrilib. Bu hekayə minlərlə uşağa və gəncə nümunə olacaq. Çünki böyük uğurlar kiçik addımlarla başlayır, lakin davamlı zəhmət onları tarixə çevirir.


Bugünkü nailiyyətlər gələcək uğurların başlanğıcıdır. Qarşıda Zakiri daha böyük konsert salonları, beynəlxalq festivallar, yeni müsabiqələr və daha möhtəşəm qələbələr gözləyir. Onun istedadı, çalışqanlığı və musiqiyə olan sevgisi bu inamı daha da gücləndirir.


Azərbaycanın gəncləri hər sahədə olduğu kimi, musiqidə də dünyaya sübut edirlər ki, bu xalq böyük mədəni irsə və güclü istedad potensialına malikdir. Zakir Bədəloğlu həmin potensialın ən parlaq təmsilçilərindən biridir.


Onun qazandığı dünya birinciliyi yalnız şəxsi uğur deyil, həm də Şəmkir rayonunun, bütün Azərbaycanın qələbəsidir. Bu uğur musiqinin insanları birləşdirən qüdrətini, zəhmətin bəhrəsini və gənc nəslin gələcəyə inamını bir daha nümayiş etdirir.


Bu gün hər bir azərbaycanlı Zakir Bədəloğlu ilə fəxr edir. Onun adı gələcəyin böyük pianoçuları sırasında inamla çəkilir. Əminik ki, bu uğurlar davamlı olacaq və o, gələcək illərdə də Azərbaycanın adını dünya musiqi səhnəsində ən yüksək zirvələrə daşıyacaq.


Gənc pianoçumuz Zakir Bədəloğlunu beynəlxalq müsabiqədə qazandığı möhtəşəm qələbə münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, tükənməz yaradıcılıq enerjisi, yeni beynəlxalq uğurlar və daim yüksələn nailiyyətlər arzulayırıq. Qoy onun ifasında səslənən hər bir musiqi əsəri Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmağa davam etsin, qazandığı hər bir uğur isə yeni nəsillərə ilham versin. Çünki belə gənclər Azərbaycanın bu günü ilə yanaşı, həm də sabahının ən etibarlı ümididir.


PS. Bu hekayənin davamı var. Bu uğur hekayəsi neçə-neçə uzun hekayəyə çevriləcək. Çünki, Zaur Bədəlovu Tanrı seçdi. Allahın yazısına isə pozu yox… Babası Zakirin ruhunu sevindirdi. Baba ruhunun xeyir-duası ömrü boyu onunla olacaq. Çox saq ol gənc dost! Az yaşınla böyük qələbələrə imza atdın. Azərbaycan adına, Vətən adına. Vətən səni qiymətləndirir. Və səninlə fəxr edir. Hələ çalınacaq qələbələr qabaqdadır. Yetər ki, məqsəd və məramın düzgün olsun. Sən gələcəyin şəxsiyyəti kimi böyüyürsən. Məqsədin bəlli, yolun bəlli. Uca Tanrı yar və yardımçın olsun!

PSS. Qələbə kəlməsi hər dildə gözəl səslənir. Yetər ki, qalibiyyət sənin olsun, çox saq ol, Zakir! Xalqın səni alqışlayır.

 

Hürü Hacızadə

Yazıçı-publisist

“Qızıl qələm” mükafatçısı

 

Fərid Səfərov

AJB-nin üzvü

“Qızıl qələm” mükafatçısı