Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
Azərbaycan liderindən həmkarına təbrik
Azərbaycan Prezidenti İlham Əliyev Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxa təbrik məktubu ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
11 İyul – Monqolustanın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Qarşılıqlı hörmətə və etimada əsaslanan Azərbaycan-Monqolustan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz xoş ənənələr üzərində qurulmuş bu əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk.
İnanıram ki, xalqlarımızın mənafeləri naminə ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.






















































