Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Ölkə rəhbərinin qətiyyətli mövqeyi Azərbaycanın beynəlxalq nüfuzunun bariz ifadəsidir
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin 1 iyul 2026-cı il tarixində Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevin verdiyi bəyanat Azərbaycanın milli maraqlara söykənən müstəqil xarici siyasət kursunun, eləcə də ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun növbəti dəfə təsdiqi oldu.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələri, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiqliyini bir daha diqqətə çatdırdı. Bu gün Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və həyata keçirdiyi iri beynəlxalq layihələrlə regionda sabitlik və əməkdaşlığın möhkəmlənməsinə əhəmiyyətli töhfələr verir.
Prezident İlham Əliyevin bəyanatında səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə edən, müstəqil qərarlar qəbul edən və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan siyasət yürüdən dövlətdir. Ölkəmizin əldə etdiyi uğurlar, güclü iqtisadi potensialı və artan geosiyasi əhəmiyyəti Avropa İttifaqı ilə əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli zəmin yaradır.
Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionda etibarlı tərəfdaş, sözünə və öhdəliklərinə sadiq dövlət kimi tanınır.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin bu səfər çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın milli maraqlarının qorunmasına, Avropa ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edir.
Faiq Yusif oğlu Qurbanov
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədr müavini























































