Xəbər Lenti
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
28-10-2026, 09:38
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
27-10-2026, 09:44
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
26-10-2026, 14:29
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26-10-2026, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?
Son zamanlar kirayəçi və ev sahibi arasında yaranan qeydiyyat problemləri ilə bağlı suallar artmaqdadır. Çünki rəqəmsallaşma dövründə dövlət xidmətlərindən yararlanmaq üçün yaşayış yerinin rəsmi sənədlərlə təsdiqlənməsi lazım gəlir.
Məsələn, sosial yardım, müavinət almaq və icbari tibbi xidmətlər və s. üçün qeydiyyat tələb olunur. Ev sahibi də bunları nəzərə alır, başqa sözlə insanlıq göstərir, anlayışlı davranır, günün birində isə etdiyi yaxşılığın cəzasını çəkir. Kirayəçi mənzildə uzun müddət yaşamasını, qeydiyyatda olmasını səbəb gətirərək evdən pay hüququ tələb edir.
Bəs bütün bu sadalananlar kirayəçi üçün mülkiyyət hüququ yaradırmı?
Hüquqşünas Rafiz Hətəmov Bizim.Media-ya deyir ki, təkcə uzun müddət hansısa evdə yaşamaq və ya ev sahibi ilə dostluq-qohumluq əlaqəsi olmaq kirayəçiyə mənzildən pay hüququ vermir. Pay yalnız mülkiyyət hüququ verən sənədlə əldə olunur.
Əgər kirayənişin öz vəsaiti ilə evi əsaslı təmir etdiribsə, yaxud mənzilin yığılıb qalmış kommunal haqlarını ödəyibsə, o zaman evdən pay ala bilərmi?
Hüquqşünas bu halda da kirayənişin arzusunun ürəyində qalacağını deyir. Belə məqamda kirayəçi yalnız mülki iddia qaldırıb çəkdiyi xərclərə görə kompensasiya tələb edə bilər:
"Kirayəçi xərc çəkdiyi üçün evə ortaq ola bilməz. Mənzil yenə də sahibinin mülkiyyəti olaraq qalır. Burda bir nüans var ki, kirayə qalan şəxs evi ciddi təmir edibsə və bu təmirdən sonra mənzilin satış dəyəri artıbsa, o zaman məhkəmədə iddia qaldırıb o vəsaitdən payını tələb edə bilər, lakin evə mülkiyyətçi tələbi qoya bilməz. Yaxud da kirayə müqaviləsində göstərilən aylıq kommunal ödənişlərindən əlavə, əvvəldən qalmış borcları da ödəyibsə, bunu da sübutla tələb edib çəkdiyi xərcləri götürə bilər”.























































