MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
İnfarktdan sağ çıxan yüzlərlə şəxsin dedikləri diqqət çəkdi
Yüzlərlə ürək tutmasından sağ çıxan şəxsin son yeməyi ilə bağlı aparılan araşdırma diqqətçəkən nəticələr ortaya qoyub.
Sehiyye.info xəbər verir ki, kardioloq Oleq Varfolomeyev bildirib ki, tədqiqata cəlb olunan və ürək tutmasından sağ çıxan şəxslərin əksəriyyəti hadisədən bir neçə saat əvvəl ağır qidalar qəbul etdiklərini qeyd ediblər.
.
Həkimin sözlərinə görə, iştirakçıların hamısı tutmadan əvvəlki son yeməklərini "ağır" kimi xarakterizə ediblər. Mütəxəssislər hesab edirlər ki, həddindən artıq qida qəbulu ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər.
Əvvəlki araşdırmalar da göstərib ki, ürək tutmalarının sayı Yeni il və digər bayram günlərində artır. Alimlər bunu soyuq hava, fiziki aktivliyin azalması və emosional stress kimi amillərlə əlaqələndirirlər.
Bununla yanaşı, həddindən artıq yemək də risk faktorlarından biri hesab olunur. Tədqiqatlardan birinə əsasən, qeyri-adi dərəcədə ağır yemək yeyən şəxslərdə növbəti iki saat ərzində infarkt keçirmə ehtimalı dörd dəfə yüksəlir.
Araşdırma çərçivəsində infarkt keçirmiş 1986 nəfər arasında sorğu aparılıb. İştirakçılardan 158-i infarktdan əvvəlki 26 saat ərzində ağır yemək yediyini, 25 nəfər isə hadisədən iki saat əvvəl həddindən artıq qida qəbul etdiyini bildirib.
Mütəxəssislər xüsusilə yağlı qidaların ürəyə əlavə yük yaratdığını vurğulayırlar. Belə qidalar xolesterol səviyyəsini artırmaqla yanaşı, qan dövranında dəyişikliklərə, ürək döyüntüsünün və qan təzyiqinin yüksəlməsinə səbəb olaraq infarkt riskini artıra bilər.
Həkimlər ürək-damar xəstəlikləri olan şəxslərə yağ və karbohidratlarla zəngin qidaların qəbulunu məhdudlaşdırmağı tövsiyə edirlər.//milli.az























































