Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

07 İyun 2026 11:44Manşet / İdman

Türkiyə millisi Venesuelanı məğlub etdi

 

2026-cı il Dünya Çempionatına hazırlıq çərçivəsində növbəti yoxlama oyununa çıxan Türkiyə millisi Venesuela üzərində 2:1 hesablı qələbə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, ABŞ-nin Florida ştatında yerləşən “İnter Mayami” stadionunda keçirilən qarşılaşmada hesabı ilk açan tərəf Venesuela olub.

Oyunun 13-cü dəqiqəsində Eduardo Mendoza fərqlənərək komandasını önə keçirib.

Türkiyə yığması isə ilk hissənin sonlarında bərabərlik qolunu vurmağı bacarıb. 44-cü dəqiqədə Arda Gülərin künc zərbəsindən sonra yaranan qarışıqlıq zamanı top qapıya daxil olub və hesab bərabərləşib.

Fasilədən sonra daha fəal çıxış edən türklər qələbə qolunu 54-cü dəqiqədə vurublar. Arda Gülərin ötürməsindən sonra Yunus Akgün uzaq məsafədən dəqiq zərbə ilə komandasını hesabda önə çıxarıb.

Matçın qalan hissəsində hər iki komandanın qol imkanları olsa da, hesab dəyişməyib və Türkiyə meydanı 2:1 hesablı qələbə ilə tərk edib.

Qeyd edək ki, Türkiyə millisi bundan əvvəl İstanbulda keçirilən yoldaşlıq görüşündə Şimali Makedoniyanı 4:0 hesabı ilə məğlub etmişdi.