“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Süni intellekt “super peyvənd” hazırladı
Böyük Britaniyanın Kembric Universitetinin alimləri süni intellektin köməyilə hazırlanan yeni nəsil peyvəndi ilk dəfə insanlar üzərində sınaqdan keçirməyə başlayıblar.
“Qafqazinfo”nun məlumatına görə, tədqiqatçılar bildirirlər ki, yeni peyvənd mövcud və gələcəkdə ortaya çıxa biləcək müxtəlif koronavirus növlərinə qarşı genişmiqyaslı qorunma təmin etmək məqsədi daşıyır.
Layihənin əsas məqsədi yalnız COVID-19 variantlarına deyil, həm də gələcəkdə insanlara keçə biləcək yeni koronaviruslara qarşı immun müdafiə yaratmaqdır.
Araşdırma çərçivəsində müxtəlif koronavirusların genetik məlumatları süni intellekt sisteminə yüklənib. Sistem bu məlumatları təhlil edərək, immun sistemini bütöv virus ailəsinə qarşı hazırlaya biləcək xüsusi “super-antigen” hazırlayıb.
Antigenlər peyvəndlərin əsas komponentlərindən biridir və immun sisteminə virusları tanımağı öyrədir.
Layihənin rəhbərlərindən biri olan Conatan Hini bildirib ki, bu, insanların iştirakı ilə sınaqdan keçirilən ilk süni intellekt tərəfindən hazırlanmış antigendir.
Onun sözlərinə görə, bu yanaşma gələcək pandemiyalara hazırlıq baxımından mühüm dönüş nöqtəsi hesab oluna bilər: “Bu, pandemiyalara qarşı hazırlıq strategiyasında fundamental dəyişiklikdir”.
Peyvəndin təhlükəsizliyini qiymətləndirmək məqsədilə keçirilən ilk klinik sınaqda 39 könüllü iştirak edib. Hazırda daha genişmiqyaslı ikinci mərhələyə hazırlıq gedir və bu mərhələdə təxminən 200 nəfərin iştirak edəcəyi gözlənilir.
Alimlər ikinci mərhələnin peyvəndin immun sisteminə təsiri barədə daha ətraflı nəticələr təqdim edəcəyini bildirirlər.
Tədqiqatçılar eyni texnologiyadan istifadə etməklə qrip və Ebola viruslarına qarşı da universal peyvəndlərin hazırlanması üzərində işləyirlər.
Sınaqlarda iştirak edən Saul Faust süni intellektlə hazırlanmış peyvənd texnologiyasının böyük potensiala malik olduğunu bildirib. Onun sözlərinə görə, virusların sürətlə mutasiyaya uğradığı dövrlərdə bu yanaşma xüsusilə əhəmiyyətli ola bilər.
Araşdırmanın nəticələri “Academic Infection Journal”da dərc olunub.























































