Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
“Bizim millimiz müdafiə futbolu oynamır”
“Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalında daha yaxşı oyun sərgiləmək istəyir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında bildirib.
Mütəxəssis Slovakiyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsinin Serbiya ilə oyunundan sonra fikirlərini bölüşüb: “Bütün oyunçularımı, xalqımı təbrik edirəm. Çempion olmaq istəyirik. Serbiya Avropanın ən güclü kollektivlərindən biridir. Həqiqətən, çətin matç alındı. Rəqib üstün oynaya bilər, amma nəticəni biz qazandıq. Finalda daha yaxşı oyun sərgiləmək istəyirik”.
O, 1/4 finalda Çexiya ilə görüşdə çox güc itirdiklərini söyləyib: “Sabaha hazırlaşmalıyıq. Bundan daha yaxşı oyun sərgiləmək niyyətindəyik. Bir qol nəticəni həll edə bilir. Serbiya və biz ehtiyatlı oynayırdıq. Müdafiəni də düşünmək lazım idi. Bizim millimiz müdafiə futbolu oynamır”.























































